Dünya Çempionatında Argentina, Fransa, Norveç və Əlcəzair qalib gəlib

Dünya Çempionatında Argentina, Fransa, Norveç və Əlcəzair qalib gəlib

10:35
Bəyəndim (0) Bəyənmədim (0)

Futbol üzrə dünya çempionatının Dallas stadionunda keçirilən J qrupunun II turunun matçında Argentina Avstriyaya 2:0 hesabı ilə qalib gəlib..

Qolları yığmanın lideri və kapitani Lionel Messi vurub. O, 38 və 90+5-ci dəqiqələrdə fərqlənib.

Bununla da o, dünya çempionatları tarixində 18-ci qolunu vurub və Almaniya yığmasının sabiq forvardı Miroslav Klozeni (16) qabaqlayıb.

Lionel Messi eyni zamanda bununla Dünya Çempionatı tarixinin ən çox qol vuran oyunçusu olub
Norveç milli komandası qrup mərhələsində Seneqal millisini 3-2 hesabı ilə məğlub etdi. Matç ABŞ-ın Şərqi Rezerford şəhərində, MetLife stadionunda keçirildi.

Qolları Norveçdən Markus Pedersen, 43, Erling Halaand, 48, 58, Seneqaldan isə İsmail Sar, 53, 90+3 vurublar.

Norveç bu qələbə sayəsində pley-off mərhələsinə vəsiqə qazandı. Onlar 26 iyunda keçiriləcək qrup mərhələsi matçında Fransa ilə oynayacaqlar. Seneqal və İraq da eyni gündə üz-üzə gələcəklər.

Fransa milli komandası 2026-cı il Dünya Çempionatının qrup mərhələsində ikinci qələbəsini əldə edərək pley-off mərhələsinə vəsiqə qazandı. Onlar İraqı 3-0 hesabı ilə məğlub etdilər.

Qolları Fransa yığmasından Kilian Mbappe, 14, 54, Usman Dembele, 66 vurublar

Üçüncü turda Fransa Norveçlə, Seneqal isə İraqla qarşılaşacaq. Oyunlar 26 iyun tarixinə planlaşdırılıb.

ABŞ-ın Kaliforniya ştatının Santa Klara şəhərində İordaniya və Əlcəzair arasında 2026-cı il FİFA Dünya Kuboku qrup mərhələsinin ikinci tur matçı keçirildi. Əlcəzair matçı 2-1 hesabı ilə qazandı.

Oyunun 36-cı dəqiqədə İordaniya yarımmüdafiəçisi Nizar Əl-Rəşdan hesabı açıb. Lakin Əlcəzair hücumçusu Nadir Benbuali 69-cu dəqiqədə hesabı bərabərləşdirdi. Əlcəzairli Amine Gouiri 82-ci dəqiqədə dəqiq zərbə ilə hesabı komandasının xeyrinə artırdı.
2026-cı il Dünya Çempionatının üçüncü turunda İordaniya Argentina, Əlcəzair isə Avstriya ilə qarşılaşacaq. Bu matçların hər ikisi 28 iyunda, Bakı vaxtı ilə saat 06:00-da başlayacaq.

Bu gün və sabah Bakı vaxtı ilə oynanılacaq oyunlar:

23 iyul:

Portuqaliya – Özbəkistan (K qrupu) 21:00.

24 iyul:

İngiltərə – Qana (L qrupu) 00:00;

Panama – Xorvatiya (L qrupu) 03:00;

Kolumbiya – Konqo DR (K qrupu) 06:00

Əziz MUSTAFA