Dünya Çempionatı-2026: 24 iyun tarixinə olan oyunların nəticələri

Dünya Çempionatı-2026: 24 iyun tarixinə olan oyunların nəticələri

10:29
Bəyəndim (0) Bəyənmədim (0)


Meksika, Kanada və ABŞ-da keçirilən 2026-cı il futbol üzrə Dünya Çempionatı davam edir.
Oxuməni.az xəbər verir ki, 23-dən 24 iyun tarixinə keçən gecə K və L qruplarında 2026-cı il Dünya Çempionatının qrup mərhələsinin 2-ci turunun oyunları keçirildi.
K qrupunda Portuqaliya millisi Hyustonda Özbəkistan komandasını 5:0 hesabı ilə məğlub edib. Hücumçu Kriştianu Ronaldu dubl edərək altı dünya çempionatında qol vuran ilk futbolçu olub.
Qrupun digər matçında Kolumbiya millisi Qvadalaxarada Konqo DR komandasını 1:0 hesabı ilə məğlub edib. Kolumbiya millisi Meksika, ABŞ, Almaniya, Fransa, Norveç və Argentinadan sonra dünya çempionatının pley-off mərhələsinin yeddinci iştirakçısı olub.
İkinci turdan sonra Kolumbiya millisi 6 xalla qrup turnir cədvəlinə başçılıq edir - o, 1/16 finala çıxışını təmin edib. Ardınca Portuqaliya komandası gəlir (dörd xal). Üçüncü yeri Konqo DR millisi (1), Özbəkistan komandası (0) isə sonuncu yerdədir.
Qrup mərhələsinin son turunda portuqaliyalılar kolumbiyalılarla, Özbəkistan millisi isə Konqo DR komandası ilə qarşılaşacaq. Hər iki oyun Bakı vaxtı ilə 28 iyun saat 03:30-da başlayacaq.
L qrupunda isə İngiltərə millisi Bostonda Qana komandası ilə (0:0) heç-heçə edib. Oyunun ən təhlükəli anı 86-cı dəqiqədə Keyndə olub, hücumçu beş-altı metrdən topu qapıya vurmaq imkanı əldə etsə də, topu tirin üstündən göndərib.
Qrupun digər matçında xorvatlar Torontoda Panama millisi üzərində minimal qələbə qazanıblar - 1:0. Yeganə qolu Xorvatiya millisinin hücumçusu Ante Budimir 54-cü dəqiqədə vurub.
L qrupuna hər biri dörd xal toplayan İngiltərə və Qana milliləri başçılıq edir. Xorvatiya komandası (üç xal) üçüncü yerdədir. Panama millisi (sıfır xal) sonuncu yerdə qərarlaşıb. Son 3-cü turda Xorvatiya Qana ilə, Panama isə İngiltərə ilə oynayacaq. Hər iki oyun Bakı vaxtı ilə 28 iyun saat 01:00-da başlayacaq.
Oxuməni.az bu gün axşam və sabah səhər Dünya Çempionatında baş tutacaq oyunların siyahasını təqdim edir ( Bakı vaxtı ilə göstərilmişdir) :
24 iyun 2026 (3-cü tur)
B qrupu: İsveçrə - Kanada, saat 23:00 (İctimai TV, TRT1)
B qrupu: Bosniya və Herseqovina - Qətər, saat 23:00 (CBC Sport)
25 iyun 2026 (3-cü tur)
C qrupu: Mərakeş - Haiti, saat 02:00 (CBC Sport)
C qrupu: Şotlandiya - Braziliya, saat 02:00 (İctimai TV)
A qrupu: Çexiya - Meksika, saat 05:00 (CBC Sport)
A qrupu: Cənubi Afrika - Cənubi Koreya, saat 05:00 (İctimai TV)
2026-cı il Dünya Çempionatı iyunun 11-də start götürüb və iyulun 19-da başa çatacaq. Hazırkı dünya çempionu 2022-ci ildə Qətərdə finalda Fransa millisini penaltilər seriyasında məğlub edən Argentina millisidir.
Almaz Həsənli