DÇ-2026: Mundialda 3-cü tura start verildi

DÇ-2026: Mundialda 3-cü tura start verildi

10:28
Bəyəndim (1) Bəyənmədim (0)


Meksika, Kanada və ABŞ-da keçirilən 2026-cı il futbol üzrə Dünya Çempionatı davam edir.
Oxuməni.az xəbər verir ki, 24-dən 25 iyun tarixinə keçən gecə A,B və C qruplarında 2026-cı il Dünya Çempionatının qrup mərhələsinin 3-ci turun oyunlarına start verildi.
A qrupunda Meksika millisi Çexiyanı 3:0 hesabı ilə məğlub edərək qrupda birinci yeri tutaraq pley-offa vəsiqə qazanıb. Meksikalıların doqquz xalı və vurulan/buraxılan toplar fərqində 9/0 göstəricisi var. Çexiya millisi (1 xal) turnirdəki çıxışını başa vurub.
40 yaşlı meksikalı qapıçı Gilermo Oçoa 78-ci dəqiqədə əvəzedici kimi meydana çıxıb və karyerasında dördüncü dünya çempionatında iştirak edib. Ümumilikdə Oçoa altı dünya çempionatının milli komanda heyətində yer alıb, lakin yalnız dördündə oynamışdır.
A qrupunun digər oyununda CAR millisi Cənubi Koreya komandasını (1:0) məğlub edərək tarixində ilk dəfə pley-offa yüksəlib. CAR millisi qrupda ikinci yeri tutub və 1/16 finalda Kanada ilə qarşılaşacaq – bu, turnirin pley-off mərhələsinin ilk məlum cütlüyüdür.
Meksika 1/16 finalda üçüncü yerlərdən birini tutan komandalardan biri ilə oynayacaq. Oyun 1 iyulda Bakı vaxtı ilə səhər saat 5-də Mexiko şəhərində keçiriləcək.
CAR isə Kanada ilə qarşılaşacaq. Oyun 28 iyunda Los-Ancelesdə saat 23:00-da baş tutacaq.
B qrupunda İsveçrə millisi Kanada komandasını (2:1) məğlub edib. Bosniya və Herseqovina isə Qətər komandasını (3:1) üstələyib. İsveçrəlilər qrupda birinci yeri tutaraq pley-offa yüksəlib, kanadalılar isə ikinci yeri tutublar. Bosniya və Herseqovina millisi qrupda üçüncü yerdən pley-offa vəsiqə qazanan ilk komanda olub. Üçüncü yeri tutan və daha yaxşı əlavə göstəricilərə malik olan 12 komandadan səkkizi 1/16 finala yüksələcək.
İsveçrə millisi 1/16 final oyununu 3 iyulda Bakı vaxtı ilə səhər saat 7-də Vankuverdə keçirəcək. Rəqibi üçüncü yerlərdən birini tutan komandalardan biri olacaq. Burada beş variant var.
Kanada isə daha tez oynamaq məcburiyyətində qalacaq – 28 iyunda saat 23:00-da. Los-Ancelesdə kanadalılara "A" qrupunun ikinci komandası olan CAR müqavimət göstərəcək.
C qrupunda Mərakeş millisi Haiti millisi üzərində qələbə qazanıb (4:2). Mərakeşlilər qapıçı Yassin Bounounun avtoqolu nəticəsində ilk qolu buraxıblar, ikinci qolu isə onların qapısına Uilson Izidor vurub. Mərakeş millisi qrupdan ikinci yeri tutaraq (7 xal) çıxıb, Haiti (0 xal) isə pley-offda oynamayacaq.
Qrupun digər oyununda Braziliya millisi Şotlandiya komandasını darmadağın edib (3:0), Vinisius Junior dubl edib. 76-cı dəqiqədə 34 yaşlı hücumçu Neymar meydana çıxıb və karyerasında dördüncü dünya çempionatında iştirak edib. Braziliyalılar (7 xal) birinci yeri tutublar, şotlandlar (3 xal) isə üçüncü yerdən pley-offa yüksəlmək şanslarını qoruyurlar.
29 iyunda Bakı vaxtı ilə saat 21:00-da Hyustonda Braziliya pley-offun ilk raundunda "F" qrupunun 2-ci komandası (Niderland, Yaponiya, İsveç) ilə qarşılaşacaq.
Mərakeş F qrupunun qalibi ilə qarşılaşacaq. Oyun Monterreydə keçiriləcək və 30 iyun saat 5:00-da başlayacaq.
Oxuməni.az bu gün axşam və sabah səhər Dünya Çempionatında baş tutacaq oyunların siyahasını təqdim edir ( Bakı vaxtı ilə göstərilmişdir, oyunlar ITV və CBC Sport kanallarında canlı yayımlanır) :
25 iyun 2026 (3-cü tur)
E qrupu: Kürasao - Kot-d'Ivuar, saat 24:00
E qrupu: Ekvador - Almaniya, saat 24:00
26 iyun 2026 (3-cü tur)
F qrupu: Yaponiya - İsveç, saat 03:00
F qrupu: Tunis - Niderland, saat 03:00
D qrupu: Türkiyə - ABŞ, saat 06:00
D qrupu: Paraqvay - Avstraliya, saat 06:00
2026-cı il Dünya Çempionatı iyunun 11-də start götürüb və iyulun 19-da başa çatacaq. Hazırkı dünya çempionu 2022-ci ildə Qətərdə finalda Fransa millisini penaltilər seriyasında məğlub edən Argentina millisidir.
Almaz Həsənli