Dünya Çempionatında  pley-offa yüksələn daha bir neçə komandanın adına aydınlıq gətirilib

Dünya Çempionatında pley-offa yüksələn daha bir neçə komandanın adına aydınlıq gətirilib

26 İyun 10:23
Bəyəndim (1) Bəyənmədim (0)

Futbol üzrə Dünya Çempionatının oyunları davam edir.

E qrupunun 3-cü turu çərçivəsində Almaniya millisi Ekvador yığmasına uduzub. Görüş İst Ruterfordda baş tutub və 2:1 hesabı ilə Ekvatorun xeyrinə başa çatıb.
Qarşılaşmada ilk qolu 2-ci dəqiqədə almaniyalı yarımmüdafiəçi Leroy Sane vurub. Ekvadorlular hücumçu Nilson Anqulonun dəqiq zərbəsindən sonra 9-cu dəqiqədə hesab bərabərləşib.
Latın amerikalılara qələbə qazandıran qolu 77-ci dəqiqədə hücumçu Qonsalo Plata vurub.
Almaniya altı xalla qrup cədvəlində birinci yeri tutub, Ekvador dörd xalla üçüncü yerdə qərarlaşıb və pley-off mərhələsinə yüksələ bilər.

F qrupunda Yaponiya və İsveç ABŞ-ın Arlington şəhərində, AT&T Stadionunda üz-üzə gəliblər. Oyun 1-1 hesabı ilə başa çatıb. Oyunda hesabı 56-cıdəqiqədə Yaponiya millisinin oyunçusu Daizen Maeda açıb. 62-ci dəqiqədə isə İsveç Elanqanın vurduğu qolla hesabı bərabərləşdirib. Oyun bu hesabla da başa çatıb.

Yaponiya qrup mərhələsini bir qələbə və iki heç-heçə ilə məğlubiyyətsiz başa vurub və beş xalla F qrupunda ikinci, Niderland 7 xalla birinci yeri tutub, İsveç 4 xalla üçüncü yerdə qərarlaşıb. Bütün oyunlarda məğlub olan Tunis isə çempionatı tərk edib.

Yaponiya 1/8 finalda Braziliya ilə qarşılaşacaq. Oyun 29 iyunda keçiriləcək. Üçüncü yeri tutan İsveçin pley-offdakı rəqibi daha sonra müəyyənləşəcək.

Niderland millisi üçüncü turda ABŞ-ın Missuri ştatındakı Arrowhead stadionunda Tunislə qarşılaşıb və 3-1 hesabı ilə qalib gəlib..

Niderlanddan topları rəqib qapısından Brian Brobbey və Yan Paul van Hekke vurub. Tunisin yarımmüdafiəçisi Elyes Skhiri isə avtoqol müəllifi olub. İkinci hissənin əvvəlində afrikalılar Dinamo Mahaçqala hücumçusu Hazem Masturi ilə fərqi azaldıblar. Oyun3-1 hesabı ilə Niderland millisinin qələbəsi ilə başa çatıb.
Niderlnad millisi F qrupunda yeddi xalla biirnci yeri tutaraq pley-offa yüksəlib. Onlar bu mərhələdə Mərakeşlə qarşılaşacaqlar.. Pley-off matçı 30 iyunda keçiriləcək.

E qrupunda Fil Dişi Sahili (Kot-d'İvuar) milli komandası Filadelfiyada Kyurasao ilə qarşılaşıb. Oyunda hesabı 7-ci dəqiqədə afrikalıların hücumçuu Pepe açıb. 64-cü dəqiqədə isə Pepe Sanqarenin ötürməsindən sonra özünün və komandasının ikinci topunu Kyurasaonun qapısından keçirib. Oyun bu hesabla da başa çatıb. Beləliklə Fil Dişi Sahili altı xal qazanaraq qrupda ikinci yeri tutub və pley-offa vəsiqə qazandı. Kyurasao isə bir xalla dördüncü yerdə qərarlaşdı və turnirlə vidalaşdı.

D qrupunda San-Fransisko stadionunda keçirilən oyunda Paraqvay Avstraliya millisi ilə qarşılaşıb. Oyunda hesab açılmayıb - 0:0.

D qrupunun digər oyununda isə ABŞ komandası Türkiyəyə 2:3 hesabı ilə məğlub olub. Amerikalılardan Auston Trusty (3-cü dəqiqə) və Sebastian Berhalter (49), Türkiyə komandasından isə Arda Güler (10), Barış Yılmaz (31) və Kaan Ayhan (90+8) qol vurublar. D qrupunda sonuncu yeri tutan Türkiyə mundialı tərk edib. Qrupda ilk üç yeri tutan komandalar isə pley-offda mübarizəni davam etdirəcəklər.

Futbol üzrə 2026-cı ilin Dünya Çempionatında 3-cü turun oyunları bu gün də davam edəcək.

İyunun 26-da mundialın növbəti oyunları Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Həmin saatda Norveç Fransa ilə, Seneqal İraqla qarşılaşacaq.

İyunun 27-nə keçən gecə saat 04:00-da Kabo-Verde millisi Səudiyyə Ərəbistanı ilə oynayacaq. Həmin saatda Uruqvay - İspaniya matçı da başlayacaq.

Səhər saat 07:00-da isə Misir – İran, Yeni Zelandiya – Belçika matçları keçiriləcək.
Əziz MUSTAFA