Dünya Çempionatında üçüncü tura yekun vurulub, pley-offda görüşəcək komandalar məlum olub
Dünya Çempionatının qrup mərhələsininin üçüncü turunun növbəti oyunları keçirilib.
H qrupunda İspaniya millisi üçüncü turda Uruqvayla qarşılaşıb və 1-0 hesabı ilə qalib gəlib. Oyunda yeganə qol42-ci dəqiqədə vuurlub. Uruqvay millisinin qapıçısı Fernando Musleranın kobud səhvindən sonra İspaniya millisinin yarımmüdafiəçisi Aleks Baena topu rəqib qapısına göndərərək hesabı açıb. Oyun bu hesabla da başa çatıb.
Bu qələbədən sonra İspaniya yeddi xalla H qrupunda birinci yeri tutaraq pley-offa yüksəldi. 1/32 finalda hazırkı Avropa çempionu J qrupunda ikinci yeri tutan komanda (Argentina, Avstriya, Əlcəzair, İordaniya) ilə qarşılaşacaq.
İki xalla Uruqvay qrupda üçüncü yeri tutdu və pley-offa yüksələ bilmədi. Kabo Vide (3) ikinci, Səudiyyə Ərəbistanı (2) isə sonuncu oldu..
2026-cı il Dünya Çempionatında üçün daha bir pley-off cütlüyü müəyyənləşdi. Kabo Verde debüt Dünya Kubokunda 1/32 finala yüksəldi.
Afrika komandası qrup mərhələsindəki bütün oyunlarında heç-heçə etdi: İspaniya və Səudiyyə Ərəbistanına qarşı 0-0, Uruqvaya qarşı isə 2-2.
Kabo-Verde H qrupunda üç xalla ikinci yeri tutdu.
Kabo-Verde Argentina ilə 1/32 finalda oynayacaq. Oyun 4 iyulda keçiriləcək.
I qrupunda ABŞ-ın Foksboro şəhərindəki Gillette stadionunda arasında Norveç və Fransa arasında keçirilən görüşdə fransızlar 4-1 hesabı ilə qalib gələrək qalib gəliblər. Oyunda hesabı yeddinci dəqiqədə
Ousmane Dembélé açıb. Daha sonra o hissənin ortalarında daha iki qol vuraraq xrt-trikə imza atıb. Oyunun sonlarında Due 4-cü topu norveçlilərin qapısından keçirib. Norveç millisinin yeganə qolunu
Telo Osgaard vurub.
Fransa doqquz xalla birinci yeri tutaraq pley-offa vəsiqə qazandı. Fransa millisi pley-offun ilk mərhələsində İsveçlə üz-üzə gələcək. Oyun iyunun 30-da keçiriləcək.
I Qrupunda Kanadanın Toronto şəhərində Seneqal İraqla qarşılaşıb. Afrika komandası 5-0 hesabı ilə qalib gələrək İraqı darmadağın edib. Oyunda hesabı dördüncü dəqiqədə Həbib Diarra açıb. 56-cı dəqiqədə İsmayıl Sarr seneqallıların üstünlüyünü ikiqat artırdı. 59-cu dəqiqədə Pape Gueye üçüncü, 71-ci dəqiqədə Villarrealın dördüncü, İliman 82-ci dəqiqədə Ndiaye beşinci qolu vurub.
Seneqal I Qrupda üç xalla üçüncü yeri tutdu.
G qrupunda bu gün səhər isə Misir – İran, Yeni Zelandiya – Belçika matçları keçirilib.
Belçika YeniZelandiyaya 5-1 hesabı ilə qalib gəlib. Topları Belçika millisindən Trossar 28,52, De Breyne 66, Lukaku 86 və Salemakers 94-cü dəqiqələrdə vurublar. Yeni Zelandiyanın yeganə qolunu isə 84-cü dəqiqədə Cast vurub.
Əziz MUSTAFA























































































