Bakıda keçirilən Ultimate Fighting Championship (UFC) turniri başa çatıb

Bakıda keçirilən Ultimate Fighting Championship (UFC) turniri başa çatıb

11:55
Bəyəndim (0) Bəyənmədim (0)


Bakıda keçirilən Ultimate Fighting Championship (UFC) turniri başa çatıb.

Əsas döyüşdə Azərbaycanı yüngül çəkidə təmsil edən Rafael Fiziyev meksikalı Manuel Torresi ikinci raundda nokaut edərək qalib gəldi.

Döyüş gecəsində ümumilikdə 13 döyüş baş tutdu.

Təmsilçimiz Tahir Abdullayev üçüncü raundda braziliyalı rəqibi Cefferson Nascimentonu məğlub edib..

Digər təmsilçimiz Fərman Həsənov yekdil qərarla ABŞ-dan olan Erik Nolana qalib gəlib.

Üçüncü təmsilçimiz Nazim Sadıxov ilk raundda braziliyalı rəqibi Mateus Kamiloya nokautla məğlub oldu.

Rusiyalı Şarabutdin Maqomedov ("Shara Bullet", 84.36 kq) braziliyalı Mişel Pereyra (84.14 kq) ilə qarşılaşdı. Orta çəkidə Maqomedov üç raunddan sonra yekdil qərarla braziliyalı rəqibini məğlub etdi.

Turnirdə qazaxıstanlı Asu Almabayev (57,15 kq) amerikalı Çarlz Consonla (56,92 kq) qarşılaşıb. Super yüngül çəkidə Asu Almabayev Çarlz Consonu üçüncü raundda boğucu üsulla məğlub edib.

Rusiyalı İkram Aliskerov (84.36 kq) braziliyalı Bruno Ferreira (83.91 kq) ilə qarşılaşdı. İslam Aliskerov orta çəkidə qalib gəldi. Zərbələr və tekdaunlarda əhəmiyyətli üstünlük əldə edən İslam, yekdil qərarla qalib elan edildi.

Almaniyalı Abus Maqomedov (84,14 kq) Polşalı Mixal Olekseyczuk (84,36 kq) ilə qarşılaşıb. Maqomedov orta çəkidə ilk raundda rəqibini nokautla məğlub edərək qalib gəlib.

Türk idmançısı Əbdül Rəhman Yəhyayev (93.44) amerikalı Julius Walker (93.44) ilə qarşılaşıb. Yarım ağır çəkidə Əbdül Rəhman Yəhyayev amerikalı rəqibini birinci raundun ilk saniyələrində nokaut edib.

Özbək döyüşçüsü Nursulton Ruziboyev (84.36) rusiyalı Andrey Pulyayevlə (84.36) qarşılaşıb və qalib gəlib.

Əziz MUSTAFA