DÇ-2026: Kanada 1/8 finala çıxan ilk iştirakçı oldu

DÇ-2026: Kanada 1/8 finala çıxan ilk iştirakçı oldu

10:13
Bəyəndim (1) Bəyənmədim (0)

Meksika, Kanada və ABŞ-da keçirilən 2026-cı il futbol üzrə Dünya Çempionatı davam edir.

Dünən axşam 2026-cı il futbol üzrə Dünya Çempionatında play-off mərhələsinin birinci oyunu keçirildi.

Oxuməni.az xəbər verir ki, Los-Ancelesdə 1/16 finalın açılış matçında Kanada və Cənubi Afrika komandaları üz-üzə gəldilər. Oyun "SoFi" stadionunda baş tutdu. Oyunu baş hakim kimi Portuqaliyadan Joau Pedru Pinheyru idarə edib.

Görüş 1:0 hesabı ilə Kanada yığmasının qələbəsilə yekunlaşdı. Qolu ikinci hissənin əlavə vaxtının ikinci dəqiqəsində Stefen Euştakiu vurdu.

Kanada yığması 2026-cı il Dünya Çempionatında 1/8 finala yüksələn ilk komanda oldu.

1/8 finalda Kanada Niderland – Mərakeş cütünün qalibi ilə qarşılaşacaq. Niderland və Mərakeş komandaları arasında oyun 30 iyun tarixində Meksikanın Monterrey şəhərində keçiriləcək.

1/8 final matçı 4 iyulda Hyustonda oynanılacaq.

Oxuməni.az bu gün axşam və sabah səhər Dünya Çempionatında baş tutacaq oyunların siyahasını təqdim edir ( Bakı vaxtı ilə göstərilmişdir, oyunlar ITV və ya CBC Sport kanallarında canlı yayımlanır) :

29 iyun 2026-cı il

1/16 final: Braziliya – Yaponiya, saat 21:00

30 iyun 2026-cı il

1/16 final: Almaniya - Paraqvay, saat 00:30

1/16 final: Niderland - Mərakeş, saat 05:00

2026-cı il Dünya Çempionatı iyunun 11-də start götürüb və iyulun 19-da başa çatacaq. Hazırkı dünya çempionu 2022-ci ildə Qətərdə finalda Fransa millisini penaltilər seriyasında məğlub edən Argentina millisidir.

Almaz Həsənli