"Qalatasaray" 22 yaşlı kolumbiyalı hücumçu Con Duranı transfer edib

"Qalatasaray" 22 yaşlı kolumbiyalı hücumçu Con Duranı transfer edib

12:11
Bəyəndim (0) Bəyənmədim (0)

"Qalatasaray" transfer siyahısında olan 22 yaşlı kolumbiyalı hücumçu Con Duranla razılığa gəlib. Duran "qırmızı-sarılar"dan illik 4 milyon avro maaş alacaq və bir il müddətinə pulsuz icarəyə veriləcək. Bu barədə klubun mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

"Qalatasaray" rəhbərliyi müqaviləsi "Əl-Nasr"la olan kolumbiyalı oyunçu ilə prinsipial razılığa gəlib. Prezident Dursun Özbek və baş məşqçi Okan Buruk tərəfindən təsdiqlənən bu transferdə Duranın sarı-qırmızı komandadan illik 4 milyon avro maaş alacağı məlum olub.

Səudiyyə Ərəbistanı klubu ilə bağlanmış müqaviləyə əsasən, "Qalatasaray" Con Duranı bir il müddətinə pulsuz icarəyə verir. Mauro İkardinin komandadakı gələcəyindən asılı olmayaraq həyata keçirilən bu əməliyyatla bağlı rəsmi açıqlamanın iyulun ilk həftəsində verilməsi gözlənilir.

Ötən mövsümün ilk yarısını "Fənərbaxça"da icarə əsasında keçirən Con Duran sarı-göy forma ilə 21 matçda beş qol vurub və üç məhsuldar ötürmə edib. Derbidə xüsusilə təsirli olan oyunçu, "Beşiktaş" və "Qalatasaray" komandalarına qarşı vurduğu qollarla diqqət çəkib.

Əziz Mustafa