DÇ-2026: Norveç, Holandın dublu ilə Braziliyanı Dünya Çempionatından kənarlaşdırdı, İngiltərə isə Meksikanı keçdi
Meksika, Kanada və ABŞ-da keçirilən 2026-cı il futbol üzrə Dünya Çempionatı davam edir.
Dünən gecə və bu gün səhər 2026-cı il futbol üzrə Dünya Çempionatında 1/8 final mərhələsinin növbəti oyunları keçirildi.
Oxuməni.az xəbər verir ki, Norveç millisi 2026-cı il Dünya Çempionatının 1/8 finalında Braziliya komandasını məğlub edib.
ABŞ-ın Nyu-Cersi şəhərində keçirilən görüş 2:1 hesabı ilə başa çatıb. Braziliyanın yarımmüdafiəçisi Bruno Gimarayş 14-cü dəqiqədə penaltini qaçırıb. İkinci hissədə, 67-ci dəqiqədə Neymar meydana çıxıb. Norveçin hücumçusu Erling Holand 79-cu dəqiqədə hesabı açıb. 90-cı dəqiqədə isə Holand dubl edib. Oyunun sonunda, 90+10-cu dəqiqədə Neymar penaltini dəqiq yerinə yetirib.
Norveç millisi tarixində ilk dəfə futbol üzrə dünya çempionatının dörddəbir finalına yüksəlib. Əvvəllər norveçlilər iki dəfə 1/8 final mərhələsinə qədər irəliləmişdilər.
Norveçlilər turnirin növbəti mərhələsində İngiltərə ilə qarşılaşacaqlar. Bu görüş 12 iyulda Mayami (ABŞ) şəhərində keçiriləcək və Bakı vaxtı ilə saat 01:00-da başlayacaq.
İyulun 5-dən 6-ya keçən gecə "Azteca" stadionunda (Mexiko, Meksika) 2026-cı il Dünya Çempionatının 1/8 final mərhələsinin Meksika millisi ilə İngiltərə millisi arasında keçirilən oyunu başa çatıb. Hava şəraitinə görə oyun planlaşdırılandan bir saat gec, Bakı vaxtı ilə saat 5-də başlayıb.
Bu görüşdə ingilislər 3:2 hesabı ilə qələbə qazanıblar.
İngiltərə millisinin heyətində qolları yarımmüdafiəçi Cud Bellinqem, həmçinin penaltini dəqiq yerinə yetirən və bir məhsuldar ötürmə müəllifi olan hücumçu Harri Keyn vurub.
Meksika millisinin heyətində isə hücumçular Xulian Kiñones və penaltini dəqiq yerinə yetirən Raul Ximenes fərqləniblər.
Dünya Çempionatının dörddəbir finalında İngiltərə Norveç millisi ilə qarşılaşacaq. Bu görüş 12 iyulda Mayami (ABŞ) şəhərində keçiriləcək və Bakı vaxtı ilə saat 01:00-da başlayacaq.
Oxuməni.az bu gün axşam və sabah səhər Dünya Çempionatında baş tutacaq oyunların siyahasını təqdim edir ( Bakı vaxtı ilə göstərilmişdir, oyunlar Ictimai TV kanalında canlı yayımlanır) :
06 iyul 2026-cı il
1/8 final: Portuqaliya - İspaniya, saat 23:00
07 iyul 2026-cı il
1/8 final: ABŞ - Belçika, saat 04:00
2026-cı il Dünya Çempionatı iyunun 11-də start götürüb və iyulun 19-da başa çatacaq. Hazırkı Dünya Çempionu 2022-ci ildə Qətərdə finalda Fransa millisini penaltilər seriyasında məğlub edən Argentina millisidir.
Almaz Həsənli




































































.jpg)
.jpg)

.jpg)




















