Kriştianu Ronaldu: 2026-cı il Dünya Çempionatı karyeramda son turnir olacaq

Kriştianu Ronaldu: 2026-cı il Dünya Çempionatı karyeramda son turnir olacaq

11:59
Bəyəndim (1) Bəyənmədim (0)

Beş dəfə "Qızıl Top" qazanan portuqaliyalı Kriştianu Ronaldu təsdiqləyib ki, 2026-cı il Dünya Çempionatı onun karyerasındakı son turnir olacaq.

Oxuməni.az-ın AS-a istinadən verdiyi xəbərə görə, Ronaldu belə deyib: "Bu mənim son Dünya Çempionatımdır. Onu həzz alaraq keçirməliyəm".

Onun sözlərinə görə, İspaniya ilə oyunun nəticəsindən asılı olmayaraq, o, vicdanı rahat şəkildə ayrılacaq: "1000%. Mən futbol sevgisi üçün oynayıram. Nə baş verərsə, xoşbəxt olacağam. Mən özümə təzyiq edə bilmərəm, karyeramın sonuna qədər gedib qalib gəlməli olduğumu düşünə bilmərəm".

Daha əvvəl Ronaldunun bacısı Katya Aveyru bildirmişdi ki, cari Dünya Kuboku Ronaldu üçün Portuqaliya millisinin formasında son ola bilər. İyulun 3-də futbolçu "mənasız qərarlar qəbul etmədiyini" və turnirdən sonra qərar verəcəyini bildirmişdi.

Ronaldu üçün bu, karyerasındakı altıncı Dünya Kubokudur. Futbolçu Portuqaliya millisi ilə 2016-cı il Avropa çempionatını və UEFA Millətlər Liqasını (2019, 2025) qazanıb. Dünya Kuboklarında komandanın onunla ən yaxşı nəticəsi 2006-cı ildə dördüncü yer olub.

Bu gün Portuqaliya millisi Dünya Çempionatının 1/8 final matçında İspaniya komandası ilə qarşılaşacaq. Oyun Dallasda (ABŞ) keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Almaz Həsənli