Trampın FİFA rəhbəri ilə amerikalıya verilən qırmızı kartın ləğvi ilə bağlı söhbətinin detalları ortaya çıxıb
Beynəlxalq Futbol Federasiyası (FİFA) rəhbəri Canni İnfantino, ABŞ yığmasının hücumçusu Folarin Baloqunun diskvalifikasiyasından sonra ABŞ prezidenti Donald Trampla telefon danışığı zamanı heç bir vəd vermədiyini bildirib. Oxuməni.az xəbər verir ki, təfərrüatları “Politico” nəşri yayıb.
Mənbənin məlumatına görə, Tramp İnfantinoya iki dəfə zəng edib: birincisi – Baloqunun ABŞ-Bosniya və Herseqovina matçında meydandan qovulmasından qısa müddət sonra, ikincisi – FİFA hücumçunun diskvalifikasiyasını dayandırdıqdan sonra. Söhbət zamanı ABŞ prezidenti FİFA rəhbərindən qırmızı kartla bağlı vəziyyətə yenidən baxmağı xahiş edib
İnfantino vurğulayıb ki, Trampın şəxsi zənginə baxmayaraq, o, heç bir öhdəlik götürməyib və amerikalı liderə oyunçu ilə bağlı heç bir üstünlük vəd etməyib. Eyni zamanda, o, Trampla yaxşı işgüzar münasibətlər saxladığını və ABŞ prezidentinin iştirakı olmadan 2026-cı il Dünya Çempionatını Amerika ərazisində təşkil etməyin mümkün olmayacağını bir daha qeyd edib.
Qeyd edək ki, Baloqunun iştirakına iyulun 5-də icazə verildiyi məlum olub. İndi hücumçu Dünya Çempionatının 1/8 finalında Belçika ilə matçda oynaya biləcək. Bosniya və Herseqovina ilə əvvəlki oyunda (2:0) Baloqun müdafiəçi Tarik Muharemoviçə qarşı kobud oyuna görə qırmızı kart almışdı.
Almaz Həsənli

























































































