FFF Mbappeyə qarşı səsləndirdiyi ifadələrə görə Paraqvay senatoru Selesta Amarilliyə qarşı cinayət işi açılması üçün prokurorluğa müraciət edib
Fransa Futbol Federasiyası (FFF) Paraqvay senatoru Selesta Amarilliyə qarşı, Fransa yığmasının kapitanı Kilian Mbappeyə ünvanladığı sözlərə görə cinayət işi açılması üçün prokurorluğa müraciət edib. Oxuməni.az xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti X sosial şəbəkəsində məlumat yayıb.
Əvvəllər Amarilliya sosial şəbəkələrdə aqressiv paylaşım edərək Mbappeni “kolonizasiya olunmuş kamerunlu, əlindən gələni edərək fransız kimi davranan” şəxs adlandırmışdı.
— Paraqvay senatoru Selesta Amarilliyənin Kilian Mbappeyə qarşı irqçi ifadələri tamamilə iyrənc və qəbuledilməzdir. Belə ifadələr necə səslənə bilər? Bu sözlər cinayət xarakteri daşıyır və qınanmalıdır. Onlar həm burada, həm də digər ölkələrdə qanunla təqib olunmalıdır. FFF cinayət işinin açılması üçün prokurorluğa müraciət edir.
Federasiya kapitanına, oyunçulara və ümumilikdə belə iyrənc ifadələrin qurbanlarına tam dəstək verir. FFF irqçiliyə və hər cür ayrı-seçkiliyə qarşı əvvəlkindən də daha qətiyyətlə mübarizə aparacaq. Bu ifadələr həm onları söyləyənləri, həm də yayanları ləkələyir. Fransa yığmasının oyunçuları Fransanı təmsil edir və bu, ölkəmizə qarşı təhqirdir, — federasiyanın rəsmi saytında yayılan bəyanatda deyilir.
Mbappe özü daha əvvəl sosial mediada senatora belə cavab vermişdi: "Madam Seleste Amarilla, siz öz vəzifənizə layiq olmayan alçaq bir qadınsınız. Mən heç vaxt belə insanların nifrət və irqçiliyini bütün dünyada sərbəst şəkildə yaymasına icazə verməyəcəyəm."
Şənbə günü fransızlar 2026-cı il dünya çempionatının 1/8 final matçında paraqvaylıları 1:0 hesabı ilə məğlub ediblər. Qolu penalti ilə Mbappe vurub.
Almaz Həsənli


















.jpg)






.jpg)
.jpg)































































