UEFA Konfrans Liqası:  “Zirə” "Torpedo Kutaisi"ni qəbul edir

UEFA Konfrans Liqası:  “Zirə” "Torpedo Kutaisi"ni qəbul edir

11:15
Bəyəndim (1) Bəyənmədim (0)

Bu gün Azərbaycanın "Zirə" komandası UEFA Konfrans Liqasının birinci təsnifat mərhələsinin ilk oyununu keçirəcək.

Oxuməni.az-ın məlumatına görə, Rəşad Sadıqovun komandası Gürcüstanın "Torpedo Kutaisi" komandasını qəbul edəcək.

Oyun Sumqayıtdakı “Mehdi Hüseynzadə” adına Şəhər Stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Oyunu finlandiyalı FIFA referisi Yoni Hyytia idarə edəcək.

Komandalar arasında cavab oyunu 16 iyulda Gürcüstanda keçiriləcək.

Almaz Həsənli