UEFA Avropa Liqası: "Qarabağ" bu gün İslandiyanın "Vestri" komandası ilə qarşılaşacaq

UEFA Avropa Liqası: "Qarabağ" bu gün İslandiyanın "Vestri" komandası ilə qarşılaşacaq

11:52
Bəyəndim (1) Bəyənmədim (0)

Azərbaycanın "Qarabağ" komandası bu gün UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin ilk oyununu keçirəcək.

Oxuməni.az-ın məlumatına görə, oyun saat 20:00-da “Tofiq Bəhramov” adına Respublika Stadionunda başlayacaq.

Moldovalı FİFA referisi Roman Jitari matçın əsas hakimi olacaq.

"Qarabağ" matça favorit kimi daxil olacaq. Bu, Ağdam klubunun mövsümdə ilk rəsmi Avropa oyunu olacaq.

Komandalar arasında cavab oyunu 16 iyulda İslandiyada keçiriləcək.

Almaz Həsənli