UEFA Çempionlar Liqası: "Sabah" "Nyu-Seynts" ilə qarşılaşacaq
Bu gün Azərbaycanın "Sabah" klubu futbol üzrə Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyununa çıxacaq.
Oxuməni.az xəbər verir ki, Valdas Dambrauskasın komandası səfərdə Uelsin "Nyu-Seynts" (TNS) klubu ilə qarşılaşacaq.
Matç "Park Holl" stadionunda Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.
Görüşün baş hakimi ispaniyalı Mateo Buskets Ferrer olacaq.
Bu cütün qalibi ikinci təsnifat mərhələsində "Vardar" (Şimali Makedoniya) - "KuPS" (Finlandiya) cütünün güclüsü ilə qarşılaşacaq (ilk oyun – 0:2).
Xatırladaq ki, "Sabah" və “TNS” klubları arasında Masazırdakı "Bank Respublika Arena"da keçirilən ilk görüş Azərbaycan təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Almaz Həsənli
Digər xəbərlər






.jpg)

.jpg)
.jpg)





















































































