"Sabah" UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində TNS-lə (Uels) oyunda yenidən azarkeşlərini sevindirib
Azərbaycan təmsilçisi "Sabah" UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyununda rəqib meydanında, İngiltərədəki "Park Hall Stadium"da TNS-lə (Uels) yenidən üz-üzə gəlib.
Oyun meydan sahiblərinin hücumları ilə başlasa da "Sabah" etibarlı şəkildə müdafiə olunaraq təhlükəli əks-hücumlara üstünlük verib. Bu da sonda öz nəticəsini verib. Oyunun 27-ci dəqiqəsində Coy-Lens Mikels "Sabah"ın əks-hücumunu uğurla başa çatdıraraq sərrast zərbə ilə hesabı açıb. Buraxılan qoldan sonra TNS hesabı bərabərləşdirmək üçün bütün komanda ilə hücuma atılsa da istəyinə nail ola bilməyib və əksinə öz qapısında ikinci qolu görüb. "Sabah"ın oyunçusu Rəhman Daşdəmirov oyunun 43-cü dəqiqəsində komandasının hücumunu uğurla başa çatdıraraq ikinci topu TNS-in qapısından keçirərək hesab arasındakı fərqi iki topa çatdırıb: 0-2. Biirnci hissə bu hesabla da başa çatıb. İkinci hissədə meydanda bərabər səviyyədə oyun gedib. Oyunun 88-ci dəqiqəsində TNS-in oyunçusu Lok hesab arasındakı fərqi azaldıb:1-2 Oyun bu hesabla da başa çatıb. İlk qarşılaşmada rəqibinə 2-0 hesabı ilə qalib gələn "Sabah" iki oyunun nəticələrinə görə (4-1) azarkeşlərini növbəti dəfə sevindirib. Beləliklə "Sabah" bu qələbədən sonra növbəti mərhələyə yüksəlib. Bu mərhələdə "Sabah""Kups" (Finlandiya) klubu ilə qarşılaşacaq.
Çempionlar Liqası, 1-ci təsnifat mərhələsi
21:30. TNS (Uels) - "Sabah" (Azərbaycan) - 1:2
Qol: Coy Lens Mikels, 27 (0:1), Rəhman Daşdəmirov, 42 (0:2), Lok, 89 (1:2)
İlk oyun 0-2
Əziz MUSTAFA










.jpg)
















































































