"Zirə" Kutaisidə "Torpedo"ya darmadağınla qalib gələrək növbəti mərhələyə adladı-Video
"Zirə" Konfrans Liqasının 1-ci təsnifat mərhələsində cavab oyununda Kutaisidəki "Şenqelaya Arena" stadionunda yerli "Torpedo" komandası ilə qarşılaşıb. Oyun qarşılıqlı hücumlarla başlayıb. İlk dəqiqələrdən hiss edilirdi ki, rəqib komanda "Zirə"nin meydanındakı məğlubiyyətin əvəzini çıxmağa hazırlaşır. Eyni zamanda "Zirə" də öz meydanında qazandığı uğuru davam etdirmək niyyətində idi. Möhkəm müdafiə olunan "Zirə" tezliklə oyuna nəzarəti ələ alaraq meydan sahiblərini qapı ağzına sıxışdırdı. Bunun da nəticəsi olaraq oyunun 25-ci dəqiqəsində türkiyəli Eren Aydın komandasının hücumunu uğurla başa çatdıraraq sərrast zərbə ilə hesabı açdı. Buraxılan qoldan şoka düşən Torpedo özünə tam gəlməmiş qapısında daha bir ol gördü. Oyunun 39-cu dəqiqəsində Amin Seydiyev ikinci topu "Torpedo"nun qapısından keçirərək hesab arasındakı fərqi iki topa çatdırdı. İkinci hissə də "Zirə"nin üstünlüyü şəraitində keçdi. Oyunun 70-ci dəqiqəsində Seydiyev dubla imza ataraq üçüncü topu rəqib qapısından keçirərək gürcülərə daha bir şok yaşatdı. Oyunda bir daha qapılara qol vurulmadı və beləliklə "Zirə" iki oyunun nəticəsinə görə "Torpedo"ya 6-0 hesabı ilə qalib gələrək növbəti mərhələyə adladı. Bu mərhələdə "Zirə" Estoniyanın "Payde" klubu ilə qarşılaşacaq.
16 iyul
20:00. "Torpedo" (Gürcüstan) - "Zirə" (Azərbaycan) - 0:3
Qol: Eren Aydın, 25, Amin Seydiyev, 39, 70
Baş hakim: Mihali Kapray (Macarıstan)
İlk oyun - 0:3
Əziz MUSTAFA

























































.jpg)

.jpg)


.jpg)

























