Futbol üzrə Dünya Çempionatında İngiltərə Fransanı 6-4 hesabı ilə məğlub edərək üçüncü yeri tutdu - Video
2026-cı il Futbol üzrə Dünya Çempionatı başa çatmaq üzrədir. Bu çərçvədə də ABŞ-ın Mayami şəhərindəki Hard Rock Stadionunda Fransa ilə İngiltərə arasında üçüncü yer uğrunda keçirilən oyun dünya futbol sevərlərinin diqqət mərkəzində olub. Venesueladan olan FIFA referisi Xesus Valensuelanın idarə etdiyi oyun olduqca gərgin mübarizə şəraitində keçib.
Oyunun ilk dəqiqələrindən hücuma keçən ingilislər fransızları qapı ağzına sıxışdırdılar və arttıq 3-cü dəqiqədə Deklan Raysın sərrast zərbəsi ilə hesabı açdılar. Bundan sonra da İngiltərə millisinin oyunçuları meydanda fransızlara göz açmağa imkan vermədilər. Rəqib komandanın aramsız hücumlarından çaş-baş düşən və buraxılmış qoldan sonra özünə gələ bilməyən Fransa millisi tezliklə öz qapısında daha bir qol gördü. Oyunun 18-ci dəqiqəsində müdafiəçilərin səhvindən istifadə edən Ezri Konsa ikinci topu fransızların qapısına vuraraq hesab arasındakı fərqi iki topa çatdırdı. Oyunun gedişatı göstərdi ki, İngiltərə millisi bununla kifayətlənmək niyyətində deyil. Qol şousunu davam etdirən ingilislər 37-ci dəqiqədə Bukayo Sakanın vurduğu üçüncü qolla fransızlara daha bir şok yaşatdılar və bununla da darmadağınlı qələbənin əsasını qoydular. Birinci hissənin sonlarına əlavə edilmiş vaxtın ilk dəqiqəsində Bukayo Saka özünün ikinci, komandasının isə dördüncü qolunu vuraraq hesab arasındakı fərqi dörd topa çatdırdı: 4-0.
Fasilədən sonra özlərinə gələn Fransa millisinin oyunçuları ikinci hissəyə daha fəal başladılar. Bu da tezliklə öz bəhrəsini verdi. Oyunun 48-ci dəqiqəsində Mbappe əla zərbə ilə rəqib torunu silkələyərək hesab arasındakı fərqi azaltdı: 1-4.
Fransızların meydanda üstünlüyü ələ alacağını gözləməyən və artıq qələbəni özləri üçün təmin edilmiş hesab edən ingilislər oyunun başlamasından 9 dəqiqə sonra öz qapılarında daha bir qol gördülər. Oyunun 54-cü dəqiqəsində fransız Barkolya ikinci topu ingilislərin qapısından keçirərək hesab arasındakı fərqi 2 topa endirdi: 2-4.
Həmin anlarda fransızların aramsız hücumlarından özlərinə gələ bilməyən ingilislərin isə meydanda çaşqınlığı davam edirdi. 66-cı dəqiqədə Mbappe özünün ikinci, komandasının isə üçüncü topunu rəqib qapısından keçirərək hesab arasındakı fərqi minimuma endirdi: 3-4.
Oyunu izləyən milyonlarla azarkeş və tanınmış futbol ekspertləri Fransa millisinin oyunda artıq geridönüş edə biləcəyinə şübhə etmirdi. Bununla belə, oyunun 87-ci dəqiqəsində kobud oyuna görə Fransa millisinin qapısına təyin edilən 11 metrlik cərimə zərbəsi necə deyərlər fransızların geridönüş arzularını boşa çıxartdı. Saka 11 metrlik cərimə zərbəsini qola çevirərək hesab arasındakı fərqi yenidən iki topa çatdırdı: 5-3.
Buna baxmayaraq Fransa millisi məğlubiyyətlə barışmaq istəməyək hücumlarını davam etdirirdi. İkinci hissənin sonuna əlavə edilmiş vaxtın 6-cı dəqiqəsində Dembele rəqib torunu silkələyərək hesab arasındakı fərqi yenidən minimuma endirdi: 4-5.
Bundan iki dəqiqə sonra Bellinqem 6-cı topu fransızların qapısına vuraraq oyunda son nötqəni qoydu: 6-4.
Beləkilə Tuxelin baş məşqçisi olduğu İngiltərə millisi 60 illik fasilədən sonra yenidən Dünya Çempionatında fəxri üçüncü yeri tutaraq bürünc medalların sahibi oldular.
Heç şübhəsiz ki, futbol üzrə dünya çempionatı tarixində bu oyun ən çox qollu matç kimi yadda qalacaq. Bu matçın hər iki hissəsində oyunçular meydanda əsl futbol şousu göstərdilər. Birinci hissədə İngiltərə millisi, ikinci hissədə isə Fransa yığması qapıları top atəşinə tutaraq dünya futolunda nadir hallarda rast gəlinən və uzun illər unudulmayacaq gözəl oyun nümayiş etdirdilər.
19 iyul
01:00. Fransa - İngiltərə - 4:6
Qollar: Rays, 3 (0:1), Konsa, 18 (0:2), Saka, 37 (0:3), 45+2 (0:4), Mbappe 48 (1:4), Barkola, 54 (2:4), Mbappe, 66 (3:4), Saka, 88-pen. (3:5), Dembele, 90+6 (4:5), Bellinqem, 90+8 (4:6)
Bu gün isə Futbol üzrə Dünya Çempionatının növbəti qalibinə aydınlıq gətiriləcək. Çempionluq titulu uğrunda mübarizədə kubokun indiki sahibi Argentina İspaniya ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Əziz MUSTAFA























































































