İspaniya Argentinanı məğlub edərək ikinci dəfə dünya çempionu oldu-Video

İspaniya Argentinanı məğlub edərək ikinci dəfə dünya çempionu oldu-Video

20 İyul 10:22
Bəyəndim (0) Bəyənmədim (0)

2026-cı il Futbol üzrə Dünya Çempionatının final oyununda Nyu-York yaxınlığındakı "New York New Jersey Stadium"da İspaniya və Argentina komandaları üz-üzə gəliblər. Bu oyuna kimi Argentina 7 dəfə dünya çempionatlarında finala yüksəlmiş və 3 dəfə çempionluq sevinci yaşamışdı. Argentina ilə oyun isə İspaniya üçün isə 2-ci final olub. Bundan əvvəlki dünya çempionatında ilk dəfə finala yüksələn İspaniya çempion tituluna yiyələnmişdi. Bütün bunları nəzərə alanda hər iki komanda arasında çempionluq titulu uğrunda gərgin mübarizə gedəcəyi gözlənilirdi. Bu baxımdan sloveniyalı referi Slavko Vinçiçin idarə etdiyi oyun milyonlarla futbol azarkeşi tərəfindən izlənilib. Oyunun əvvəlindən meydanda üstünlüyü ələ alan İspaniya millisi Argentina yığmasını qapı ağzına sıxışdıraraq ona çətin anlar yaşadıb. Buna baxmayaraq birinci hissədə hesab açılmayıb.

İkinci hissə də qarşılıqlı hücumlar şəraitində keçib və bəzi məqamlarda hər iki komandanın oyunçuları arasında gərgin qarşıdurma yaşanıb. Bu da meydanda qarşılıqlı kobud müdaxilələrə səbəb olub. Bununla belə oyunda üstünlük ispanların tərəfində idi və onlar topa daha çox nəzarət edirdilər.

Argentina yığmasının əsas hücum silahı olan Messi isə bu oyunda çox zəif çıxışı ilə diqqəti cəlb etdi. 90 dəqiqə ərzində Messinin ayağına cəmisi 15 dəfə top dəydi və bu da onun zəif oyunun sübutu hesab edilə bilər. Argentina yığmasının digər oyunçuları da əvvəlki oyunlarda göstərdikləri əzmkar oyunlarını nümayiş etdirə bilmədilər. Bunun da nəticəsi olaraq Argentina yığması ikinci hissənin son dəqiqələrində daha bir şok yaşadı. Kobud oyuna görə Enzo Fernandez 90+3-cü dəqiqədə gördüyü 2-ci sarı kartdan sonra qırmızı vərəqə alaraq meydandan qovuldu və komandasını azlıqda qoydu.

Buna baxmayaraq ikinci hissədə də qapılara top vurulmadı və qalibi müəyyən etmək üçün əlavə vaxt təyin edildi. Argentinanın azlıqda qalmasından İspaniya millisi əlavə vaxtda uğurla istifadə etdi. 106-cı dəqiqədə Ferran Torres sərrast zərbə ilə topu rəqib qapısına göndərərək İspaniyanı hesabda irəli çıxardı: 1-0. Torres 114-cü dəqiqədə daha bir dəfə rəqib qapısına top vursa da, oyundankənar vəziyyət səbəbindən qol nəzərə alınmadı

Bundan sonra Argentina millisinin hesabı bərabərləşdirmək cəhdləri heç bir nəticə vermədi. Beləliklə İspaniya millisi 1-0 hesabı ilə Argentinanı məğlub edərək dalbadal ikinci dəfə dünya çempionu titulunu qazandı.

Oyundan sonra FIFA tarixində ilk dəfə İspaniya millisinin bütün futbolçularına və məşqçilər korpusunun üzvlərinə xüsusi hazırlanmış, fərdiləşdirilmiş çempionluq üzükləri təqdim olunub. Üzüklərin üzərində komandanın çempionluğunu əks etdirən xüsusi elementlər və hər sahibinin adı həkk edilib. FİFA tərəfindən belə üzüklər bundan sonra futbol üzrə dünya çempionatının qaliblərinə də veriləcək.

Futbol üzrə növbəti Dünya çempionu olan İspaniyaya kubok ABŞ Prezidenti Donald Tramp tərəfindən təqdim edilib. Təqdimetmə mərasimindən də sonra kürsüdə qalmağı davam edən Tramp ispanların qələbə sevincini seyr etdi.

İspaniya yığması dünya çempionatında daha bir rekorda imza atıb. Belə ki, İspaniya millisi turnirdə cəmi bir qol buraxaraq Dünya Çempionu titulunu qazanan komandalar arasında rekord qırdı. İspaniya yeganə qolunu Belçikaya qarşı (2-1) dörddəbir final matçında buraxdı.

Əvvəlki rekord Fransaya (1998), İtaliyaya (2006) və İspaniyaya (2010) məxsus idi. Dünya Çempionatında onların hər biri iki dəfə qol buraxıb.

Argentina millisinin hücumçusu Lionel Messi 2026-cı il Dünya Kubokunun finalında İspaniyaya məğlub olduqdan sonra mükafatlandırma mərasimi zamanı göz yaşlarını saxlaya bilmədi.

Qızıl buts” mükafatını Fransa millisinin hücumçusu Kilian Mbappe qazanıb. O, yarışı 10 qol və 4 məhsuldar ötürmə ilə tamamlayıb.

Argentina millisinin kapitanı Lionel Messi 8 qol və 4 assistlə ikinci pilləni tutub. İngiltərə yığmasının yarımmüdafiəçisi Cud Bellinqem isə 7 qol və 1 assistlə üçüncü olub.

İspaniyalı futbolçu Ferran Torres 2026-cı il Futbol üzrə Dünya Öempionatının final matçının ən yaxşı oyunçusu seçilib.

İspaniya millisinin yarımmüdafiəçisi Rodri 2026-cı il Dünya Çempionatının ən yaxşı oyunçusu hesab edılıb.

İspaniya millisinin qapıçısı Unai Simon 2026-cı il dünya çempionatının ən yaxşı qapıçısı olub.

DÇ-2026
Final
19 iyul

23:00. İspaniya – Argentina 1:0

Qol: F. Torres, 106

Qırmızı vərəqə: E. Fernandez, 90+3

Baş hakim: Slavko Vinçiç
Nyu-York/Nyu-Cersi stadionu

İspaniya: Unai Simon, Pedro Porro, Pau Kubarsi, Aymerik Laport, Mark Kukurelya, Rodri, Fabian Ruis, Lamin Yamal, Dani Olmo, Aleks Baena, Mikel Oyarzabal

Argentina: Emiliano Martinez, Qonsalo Montiel, Kristian Romero, Lisandro Martinez, Nikolas Taqliafiko, Rodriqo De Paul, Aleksis Mak Allister, Enso Fernandez, Nikolas Qonsalez, Lionel Messi, Xulian Alvarez

Əziz MUSTAFA, Almaz Həsənli