UEFA Çempionlar Liqası: "Sabah" Finlandiyanın "KuPS" klubunu qəbul edir

UEFA Çempionlar Liqası: "Sabah" Finlandiyanın "KuPS" klubunu qəbul edir

10:22
Bəyəndim (1) Bəyənmədim (0)

Bu gün Azərbaycanın "Sabah" klubu UEFA Çempionlar Liqasının təsnifat mərhələsinin 2-ci raundunda ilk oyununa çıxacaq.

Oxuməni.az xəbər verir ki, Valdas Dambrauskasın rəhbərlik etdiyi komanda öz meydanında Finlandiyanın "KuPS" klubunu qəbul edəcək.

Görüş Masazırda yerləşən "Bank Respublika Arena"da keçiriləcək və saat 20:00-da başlayacaq.

Matçın baş hakimi polşalı FİFA referisi Lukaş Kuzma olacaq.

"Sabah" Çempionlar Liqasındakı debütünü Uelsin "Nyu-Seynts" klubuna qarşı qələbə ilə edib. Bakı klubu ilk oyunda 2:0, səfər matçında isə 2:1 hesabı ilə qalib gələrək, ümumi 4:1 hesabı ilə növbəti mərhələyə yüksəlib.

Qeyd edək ki, "Sabah" və "KuPS" klubları arasında cavab matçı iyulun 28-də baş tutacaq.

Xatırladaq ki, bu cütün qalibi növbəti mərhələdə "Orhus" (Danimarka) - "Lex" (Polşa) cütünün qalibi ilə qarşılaşacaq. Məğlub olan komanda isə mübarizəni Avropa Liqasının üçüncü təsnifat mərhələsində davam etdirəcək.

Almaz Həsənli