İspaniyanın Dünya Çempionatındakı qələbəsinə Mark Kukurellanın meydanda gizlicə basdırdığı pul kömək edibmi?.
İspaniyanın 2026-cı il Dünya Çempionatındakı qələbəsindən sonra maraqlı bir detal ortaya çıxdı. Oxuməni.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Mark Kukurellanın final matçından bir neçə saniyə əvvəl meydanda gizlicə sikkə basdırdığı görülüb. Məlum olub ki, bu, İspaniya milli komandasının keçmiş oyunçusu Joan Kapdevilanın 2010-cu il Dünya Çemponatının qazanmazdan əvvəl etdiyi eyni şans ritualıdır.
Daha əvvəl İspaniya və Argentina arasında keçirilən Dünya Çemponatının finalını izləmək üçün ABŞ prezidenti Donald Trampdan ESTA vizası istəyən Kapdevila matçı tribunadan izləyib və Kukurellanın corabından sikkə çıxarıb otların arasına basdırdığı anları lentə alıb.
İspaniya Argentinanı 1-0 hesabı ilə məğlub edərək Dünya Çemponatının qazandıqdan sonra Kapdevila sosial media saytı X-də paylaşdığı paylaşımda bu gizli hərəkəti istədiyini izah edib. Keçmiş sol cinah müdafiəçisi 2010-cu ildə Cənubi Afrikada keçirilən Dünya Çemponatının finalından əvvəl Niderlandı məğlub etdikləri zaman eyni ritualı yerinə yetirdiyini xatırlayıb.
"2010-cu ildə matçdan əvvəl meydana sikkə basdırmışdım. Bu barədə insanlara milyon dəfə danışmışam. Dünən Markdan da eyni şeyi etməsini istədim. Mark, səni çox sevirəm. Artıq sən dünya çempionusan!",- deyə Kapdevila bildirib.
Kapdevila həmçinin Kukurellanın bu ritualı yerinə yetirməsinin videosunu paylaşıb. Görüntülərdə ispan müdafiəçi ətrafa baxır ki, heç kimin onu izləmədiyinə əmin olsun. Daha sonra səssizcə corabından bir sikkə çıxarır və komanda yoldaşlarının yanına qayıtmazdan əvvəl onu otların arasında basdırır.
Xatırladaq ki, 48 yaşlı Kapdevila baş məşqçi Visente del Boskenin rəhbərliyi altında İspaniyanın 2010-cu il Dünya Çempionatındakı yeddi oyununun hamısında start heyətində yer almışdı.
Əziz MUSTAFA


























































































