UEFA Konfrans Liqası: "Neftçi" Belarusun "Dinamo-Minsk" klubu ilə qarşılaşır
Bu gün Azərbaycanın "Neftçi" klubu futbol üzrə UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununu keçirəcək.
Oxuməni.az-ın məlumatına görə, Yuri Vernidubun yetirmələri evdə Belarusun "Dinamo-Minsk" komandası ilə qarşılaşacaqlar.
"Palms Sports Arena"da keçiriləcək oyun saat 20:00-da başlayacaq. Matçın baş hakimi Konstantinos Fellasdır (Kipr).
Qeyd edək ki, bu komandalar arasında cavab görüşü iyulun 30-da Bolqarıstanda baş tutacaq.
Xatırladaq ki, bu cütün qalibi növbəti təsnifat mərhələsində "Jelezniçar" (Serbiya) - "Braqa" (Portuqaliya) cütünün qalibi ilə qarşılaşacaq.
Almaz Həsənli
Digər xəbərlər





































.jpg)




















































