Zinəddin Zidan Fransa millisinin baş məşqçisi təyin olunub

Zinəddin Zidan Fransa millisinin baş məşqçisi təyin olunub

14:11
Bəyəndim (0) Bəyənmədim (0)

Zinəddin Zidan Fransa milli komandasının yeni baş məşqçisi təyin olunub. Mütəxəssislə 2030-cu ilə qədər müqavilə imzalanıb. Oxuməni.az xəbər verir ki, bu barədə Fransa Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Fransa millisi 2026-cı il Dünya Çempionatındakı çıxışını turnirdən sonra vəzifəsindən ayrılacağını əvvəlcədən elan etmiş Didye Deşamın rəhbərliyi altında başa vurub. DÇ-2026-nın üçüncülük uğrunda matçında Fransa yığması İngiltərəyə 4:6 hesabı ilə məğlub olub.

Qeyd edək ki, Zidan 2021-ci ildən bəri məşqçilik fəaliyyəti ilə məşğul deyildi. O, daha əvvəl iki dəfə "Real Madrid"ə rəhbərlik edib: 2016-cı ildə, 2018-ci ildə və 2019-2021-ci illər aralığında. Madrid klubu onun rəhbərliyi altında üç Çempionlar Liqası titulu da daxil olmaqla, ümumilikdə 11 kubok qazanıb.

Almaz Həsənli