"Göztəpə" 900.000 avroya aldığı Juanı 15 milyon avroya satıb
Transfer bazarında ən çox diqqəti cəlb edən oyunçulardan biri olan "Göztəpə"nin braziliyalı hücumçusu Juan Silva Rusiyada oynamağa hazırlaşır. Oxuməni.az xəbər verir ki, bu barədə "Göztəpə" mətbuat xidməndən bildirilib.
Rusiyanın ən qədim klublarından biri olan CSKA Moskva, 24 yaşlı oyunçu və "Göztəpə" ilə uzun danışıqlardan sonra razılığa gəlib. Məlumata görə, "Göztəpə" Juanın transferi üçün 15 milyon avro və bonuslar alacaq. Həmçinin bildirilib ki, Sloveniyada təlim-məşq toplanışı zamanı komandada olan, lakin zədə riski səbəbində oynamayan Juan məşqçilər heyəti və komanda yoldaşları ilə vidalaşıb.
2024-25 mövsümü üçün İngiltərənin "Sauthempton" klubundan "Göztepe"yə icarəyə verilən Juan növbəti mövsümdə 900.000 avroya İzmir klubuna transfer edilib. Juandan yenidən böyük qazanc əldə edəcək "Göztepe" ötən il başqa bir braziliyalı hücumçu Romulonu 20 milyon avro və bonuslara Almaniyanın "Leypsiq" klubuna satıb. Juan Silva "Göztepe"dəki ilk mövsümündə 28 rəsmi oyunda iştirak edib.

Əziz Mustafa






















.jpg)



































































