"Çelsi" Fransa millisinin üzvü, müdafiəçi Maksens Lakruanı transfer edib
"Çelsi" Fransa millisinin üzvü, müdafiəçi Maksens Lakruanı transfer edib.
Oxuməni.az xəbər verir ki, bu barədə "Çelsi" futbol klubunun mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
26 yaşlı futbolçu "Mavilər"lə uzunmüddətli müqavilə imzalayıb. "Fransız futbolçu Maksens Lakruanın yeni mövsümdə "Çelsi"nin müdafiə xəttini gücləndirəcəyi ehtimal edilir.
Xatırladaq ki, Lakrua "Çelsi"yə transferdən əvvəl "Kristal Pelas"ın şərəfini qoruyub.
Fransız mərkəz müdafiəçisi yeni klubu ilə 2032-ci ilin iyun ayına qədər müqavilə imzalayıb. Müqavilənin maliyyə şərtləri açıqlanmayıb, lakin "Transfermarkt"a görə, məbləğ 60,7 milyon avro olub.
Əziz MUSTAFA
Digər xəbərlər








.jpg)

















































.jpg)
































