"Qarabağ" penaltilər seriyasında uduzaraq Avropa Liqasında mübarizəni dayandırdı
Sofiyada Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Bolqarstanın ÇSKA və "Qarabağ" komandaları arasında keçirilən qarşılaşma başa çatıb.
Oxuməni.az xəbər verir ki, oyun Sofiyadakı "Vasil Levski" stadionunda keçirilib. Matçı FİFA referisi, belçikalı Bram Van Drişe idarə edib.
Oyunun əsas və əlavə vaxtı 0:0 hesabı ilə başa çatıb. Bakıdakı ilk görüş də qolsuz bərabərliklə yekunlaşmışdı.
Əsas və əlavə vaxtda komandalar bir-birinin qapısına yol tapa bilmədikləri üçün qalib penaltilər seriyasında müəyyənləşib. 5:4 hesabı ilə qalib gələn meydan sahibləri Avropa Liqasının III təsnifat mərhələsinə vəsiqə qazanıblar.
Beləliklə, Ağdam klubu Avropa Liqasında mübarizəni dayandırıb. "Köhlən atlar" avrokubok mövsümünü Konfrans Liqasının III təsnifat mərhələsində davam etdirəcəklər. Burada komandanın rəqibi Ukraynanın "Dinamo" (Kiyev) klubu olacaq.
Qeyd edək ki, Konfrans Liqasının bu mərhələsinin oyunları avqustun 6-da və 13-də keçiriləcək.
Almaz Həsənli










.jpg)





.jpg)





















































.jpg)




















