"Fənərbaxça"nın hücumçu üçün sürpriz hərəkəti: Pavlidis

"Fənərbaxça"nın hücumçu üçün sürpriz hərəkəti: Pavlidis

12:13
Bəyəndim (0) Bəyənmədim (0)

"Fənərbaxça" "Benfika"nın yunan hücumçusu Vangelis Pavlidisi transfer etməkdə maraqlıdır. "Sarı-göylər"in qarşı tərəflə bir sıra transfer danışıqları aparacağı bildirilsə də, "Benfika" oyunçusunu buraxmaq niyyətində deyil.

Hücumçu axtarışlarını davam etdirən Türkiyə Super Liqasının nəhəngi "Fənərbaxça", "Benfika"nın yunan hücumçusu Vangelis Pavlidisi transfer siyahısına daxil edib.

A Bola-nın məlumatına görə, "Fənərbaxça"nın sədri Cihan Kamer Madriddə bir sıra transfer danışıqları aparacaq.

Bununla belə "Benfika"nın Pavlidislə bağlı mövqeyi "Fənərbaxça"nın işini çətinləşdirir. Qeyd olunur ki, baş məşqçi Marko Silva yunan hücumçunu komandanın vacib bir hissəsi hesab edir və Portuqaliya klubu onu asanlıqla buraxmaq niyyətində deyil. Rəhbərliyin yalnız imtina edə bilməyəcəkləri bir təklif aldıqları təqdirdə mümkün transferi nəzərdən keçirəcəyi vurğulanır.

Pavlidisin bazar dəyəri 28 milyon avro olaraq qiymətləndirilir və onun "Benfika" ilə müqaviləsi 30 iyun 2029-cu ildə başa çatır. Ötən mövsüm yunan hücumçu "Benfika"da 53 oyun keçirib, 30 qol vurub və altı məhsuldar ötürmə edib.

Əziz Mustafa