Nəriman Axundzadə Türkiyənin "Ərzurumspor" klubuna keçdi
Azərbaycan milli komandasının hücumçusu Nəriman Axundzadə MLS təmsilçisi "Kolambus Kru"dan bir illik icarə əsasında Türkiyənin "Ərzurumspor" klubuna keçir.
Oxuməni.az-ın məlumatına görə, bu barədə 23 yaşlı hücumçu öz sosial şəbəkə hesabında paylaşım edib.
Məlumata əsasən, azərbaycanlı futbolçu yaxın günlərdə Ərzuruma yola düşəcək, orada tibbi müayinədən keçəcək və komanda ilə məşqlərə başlayacaq.
Müqavilənin müddəti 2026/27 mövsümünün sonuna qədər nəzərdə tutulub. Həmçinin, "Ərzurumspor" icarə müddəti başa çatdıqdan sonra futbolçunu birdəfəlik almaq hüququna da sahib olub.
"Kolambus Kru"dan ayrılmaq qərarını futbolçunun özü verib. Bu ilin yazında "Qarabağ"dan Amerika klubuna keçən və üç il yarımlıq müqavilə imzalayan hücumçu rəhbərlikdən onu buraxmalarını xahiş edib. Buna səbəb oyun vaxtından narazılığı olub. Məlumata görə, futbolçu məşqçilər korpusunun ona kifayət qədər oyun praktikası verə bilmədiyini bildirib və buna görə də komandasını dəyişmək qərarına gəlib.
Qeyd edək ki, "Ərzurumspor" Birinci Liqanın qalibi olub və 5 ildən sonra yenidən Türkiyə futbol çempionatının yüksək liqasında çıxış etmək hüququ qazanıb.
Almaz Həsənli




























































































