"Trabzonspor" Salahla razılığa gəldi
"Trabzonspor" "Liverpul" dan ayrılan dünyaca məşhur misirli ulduz Məhəmməd Salahla ilkin iki illik müqavilə imzalayaraq razılığa gəlib. Oxuməni.az xəbər verir ki, bu barədə "Trabzonspor" klubu mətbut xidmətinin açıqlamasında deyilir. Ulduz futbolçunun çərşənbə günü saat 12:00-da Trabzona gələcəyi gözlənilir.
Super Liqa lideri "Trabzonspor"un "Liverpul"dan ayrılan dünyaca məşhur misirli ulduz Məhəmməd Salahın transferi ilə apardığı danışıqlar xoşbəxt sonluqla başa çatıb.
Qara dəniz bölgəsi təmsilçisinin ulduz oyunçu ilə rəsmi iki illik müqavilə imzalayacağı bildirilir.
Qara dəniz klubunun bu böyük transfer üçün ayırdığı büdcənin təfərrüatları da dəqiqləşdirilib. "Trabzonspor" misirli sağ cinah oyunçusuna 5 milyon avroluq müqavilə bonusu, eləcə də illik 17 milyon avro zəmanətli əmək haqqı ödəyəcək. Bundan əlavə, əldə edilən razılaşmaya əsasən, Məhəmməd Salahın köynəklərinin satışından əldə edilən gəlirin 25 faizi oyunçunun tərəfinə köçürüləcək.
Əziz Mustafa



























































































