UEFA Çempionlar Liqası: "Sabah" Danimarkada "Orhus"la qarşılaşacaq
Bu gün Azərbaycanın "Sabah" klubu futbol üzrə Çempionlar Liqasının təsnifat mərhələsinin 3-cü raundunda ilk oyununa çıxacaq.
Oxuməni.az-ın məlumatına görə, Valdas Dambrauskasın yetirmələri səfərdə Danimarkanın "Orhus" komandası ilə qarşılaşacaqlar.
Matç Bakı vaxtı ilə saat 20:30-da "Ranners" stadionunda başlayacaq.
Oyunu FİFA referisi, sloveniyalı Rade Obrenoviç idarə edəcək.
Komandalar arasında cavab qarşılaşması avqustun 11-də saat 20:00-da Masazırdakı "Bank Respublika Arena"da keçiriləcək.
Almaz Həsənli
Digər xəbərlər


























































































