Messi atasının dəfnindən sonra şəxsi həyata müdaxiləyə görə Argentina mediasını məhkəməyə verəcək
Argentina millisinin və "İnter Mayami"nin futbolçusu Lionel Messi şəxsi həyata müdaxilə etdiklərinə görə Argentina mediasını məhkəməyə vermək niyyətindədir.
Oxuməni.az xəbər verir ki, bu barədə argentinalı jurnalist Fran Kasaretto "X" sosial şəbəkəsində məlumat verib. O, paylaşımında yazıb: "Messi Xorxe Messinin vida mərasimi zamanı ailənin şəxsi həyatının toxunulmazlığını pozan Argentina mediasına qarşı hüquqi addımlar atacağını təsdiqləyib".
Onun məlumatına görə, Messi atasının dəfni zamanı media nümayəndələrinin davranışından çox narazı qalıb. Xorxe Messinin vida mərasimi gücləndirilmiş təhlükəsizlik tədbirləri ilə qapalı formatda keçirilib.
Xatırladaq ki, Xorxe Messi cümə günü axşam saatlarında, uzun sürən xəstəlikdən sonra 69 yaşında vəfat edib. 39 yaşlı Lionel Messi dəfn mərasimində iştirak etmək üçün "İnter Mayami"dəki komandasının düşərgəsini tərk edərək ABŞ-dan Argentinaya uçub. Rozario şəhərindəki qəbiristanlıq mühafizəçilər tərəfindən mühasirəyə alınıb, kamera formatında keçirilən mərasimin keçirildiyi kapellaya isə yalnız ən yaxın dostlar və ailə üzvləri buraxılıb.
Almaz Həsənli























































.jpg)



































