Slot Hollandiya Milli Komandasından imtina etməsinin səbəbini açıqlayıb
"Liverpul"un keçmiş baş məşqçisi Arne Slot Niderland milli komandasından niyə imtina etdiyini izah etdi.
Məşqçinin sözlərinə görə, o, Niderland Kral Futbol Assosiasiyası ilə uzun danışıqlar aparmayıb və əmək haqqı səviyyələri və ya müqavilə şərtləri barədə müzakirə etməyib.
Oxuməni.az xəbər verir ki, məşqçiyə istinadən Goal-ın məlumatına görə, əlaqə təxminən bir həftə davam edib və bundan sonra Slot klub futbolunda karyerasını davam etdirmək qərarına gəlib.
Məşqçi vurğulayıb ki, hazırda məşqlərdə oyunçularla gündəlik işləmək vacibdir. Milli komandada bu imkan xeyli məhduddur və bu, onun imtina etməsinin əsas səbəbi olub.
Xatırladaq ki, Arne Sloot may ayında "Liverpul"un baş məşqçisi vəzifəsindən kənarlaşdırılıb.
Əziz MUSTAFA
Digər xəbərlər























































































