UEFA Konfrans Liqası: "Qarabağ" "Dinamo"ya qarşı həlledici matçda
Bu gün Azərbaycanın "Qarabağ" klubu futbol üzrə UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununu keçirəcək.
Oxuməni.az-ın məlumatına görə, Qurban Qurbanovun yetirmələri doğma meydanda Ukraynanın "Dinamo" (Kiyev) komandası ilə qarşılaşacaq.
Matç saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda başlayacaq.
Görüşün baş hakimi FİFA referisi, ingiltərəli Stüart Attuell olacaq.
Komandalar arasında ilk oyun Polşada keçirilib. "Dinamo" minimal hesablı qələbə qazanıb – 1:0. Buna görə də, növbəti mərhələyə adlamaq üçün "Qarabağ" ev oyununda hesab fərqini öz xeyrinə dəyişməlidir.
Bu cütün qalibi Konfrans Liqasının pley-off mərhələsində "Tvente" (Niderland) – DAK 1904 (Slovakiya) cütünün (ilk oyun – 6:0) qalibi ilə qarşılaşacaq.
Almaz Həsənli





















.jpg)

































































