PSJ tarixində ikinci dəfə UEFA Superkubokunu qazandı
PSJ "Aston Villa"nı 2:1 hesabı ilə məğlub edərək tarixində ikinci dəfə UEFA Superkubokunun sahibi olub. Paris təmsilçisinin bu turnirdəki ilk qələbəsi 2025-ci ildə qeydə alınıb – həmin vaxt onlar penaltilər seriyasında "Tottenhem"ə üstün gəlmişdilər (əsas vaxt 2:2, penaltilər 4:3).
Oxuməni az xəbər verir ki, matç Zalsburqdakı "Red Bull Arena"da baş tutub. Görüşü somalili baş hakim Ömər Əbdülqədir Artan idarə edib.
Matçda hesabı 20-ci dəqiqədə PSJ-nin hücumçusu Xviça Kvaratsxeliya açıb. 45-ci dəqiqədə "Aston Villa"nın forvardı Brayan Maco hesabı bərabərləşdirib. 61-ci dəqiqədə isə PSJ-nin hücumçusu Dezire Due fərqlənərək matçın yekun hesabını müəyyənləşdirib – 2:1.
Ötən mövsüm PSJ Çempionlar Liqasının qalibi olub. Paris komandası finalda Londonun "Arsenal" klubuna penaltilər seriyasında qalib gəlib (əsas vaxt 1:1, penaltilər 4:3).
"Aston Villa" isə Avropa Liqasının qalibi olub. İngiltərə təmsilçisi finalda "Frayburq"u 3:0 hesabı ilə darmadağın edib.
Almaz Həsənli
























.jpg)
































































