Aleksandr Plyuşenkonun Azərbaycan adından debütü Türkiyədəki turnirdə baş tutacaq
İkiqat Olimpiya çempionu Yevgeni Plyuşenkonun oğlu Aleksandr Plyuşenkonun Ankarada keçiriləcək Gənclər arasında fiqurlu konkisürmə üzrə Qran Pri mərhələsində iştirak edəcəyi açıqlanıb. Oxuməni.az xəbər verir ki, müvafiq məlumat Beynəlxalq Konkisürmə İttifaqının (ISU) mətbuat xidməti tərəfindən təsdiqlənib.
Yarış cari ilin 17-19 sentyabr tarixlərində keçiriləcək.
Ankaradakı turnirdən sonra Aleksandr Plyuşenko sentyabrın 23-26-da keçiriləcək Batumi Qran-prisində iştirak edəcək.
Xatırladaq ki, Aleksandr Plyuşenko may ayında idman vətəndaşlığını dəyişib. Yeni mövsümdən etibarən o, Azərbaycanı təmsil edəcək. Ankaradakı turnir onun beynəlxalq arenada ilk yarışı olacaq.
Almaz Həsənli
Digər xəbərlər



























































































