UEFA Konfrans Liqası: "Qarabağ" Niderlandın "Tvente" klubuna qarşı
Bu gün Azərbaycanın "Qarabağ" klubu futbol üzrə UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununu keçirəcək.
Oxuməni.az-ın məlumatına görə, Qurban Qurbanovun yetirmələri səfərdə Niderlandın "Tvente" komandası ilə qarşılaşacaqlar.
Oyun Enschede şəhərindəki "De Grolsch Veste" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Matçı FİFA referisi, albaniyalı Yucin Caya idarə edəcək.
Komandalar arasında cavab qarşılaşması avqustun 27-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
Almaz Həsənli
Digər xəbərlər

























































































