Futbol dünyasının əfsanəsi Ronaldinyo yenidən yaşıl meydanlara qayıdır
Futbol dünyasının əfsanəvi adı Ronaldinyo yaşıl meydanlara qayıdır. Oxuməni.az xəbər verir ki, bununla bağlı 46 yaşlı braziliyalı əfsanənin İtaliya C Seriyasında çıxış edən “Ravenna FC” klubu ilə anlaşdığı bildirilir.
Dünya futbol tarixinin ən istedadlı oyunçularından sayılan əfsanəvi braziliyalı Ronaldinyo 11 illik fasilədən sonra yaşıl meydanlara qayıtmaq qərarına gəlib. 46 yaşlı futbolçu İtaliya C Seriyasında çıxış edən Ravenna FK klubu ilə anlaşıb.
Təqaüdə çıxmazdan əvvəl sonuncu dəfə 2015-ci ildə “Fluminense”də çıxış edən “Qızıl top”un sahibi İtaliya klubunda sadəcə bir oyunçu kimi olmayacaq. Ronaldinyo həm də Ravenna FC-nin səfiri olacaq və səhmdar kimi idarəetmədə aktiv rol oynayacaq.
Braziliyalı ulduz açıqlamasında dostu İqnazio Ciprianinin sahibi olduğu kluba qatıldığı üçün çox xoşbəxt olduğunu bildirib: "Yeni rənglər, eyni təbəssüm. Yeni hekayə yazmaq və yenidən topla rəqs etmək üçün səbirsizlənirəm".
Əziz MUSTAFA













.jpg)


.jpg)

.jpg)
.jpg)






















.jpg)













































