Çempionlar Liqası: "Sabah" "Hapoel"i qəbul edir

Çempionlar Liqası: "Sabah" "Hapoel"i qəbul edir

10:16
Bəyəndim (1) Bəyənmədim (0)

Bu gün Azərbaycanın "Sabah" klubu futbol üzrə Çempionlar Liqasının təsnifat mərhələsinin pley-off cavab oyununu keçirəcək.

Oxuməni.az-ın məlumatına görə, Valdas Dambrauskasın komandası öz meydanında İsrailin "Hapoel Beer-Şeva" klubunu qəbul edəcək.

Görüş Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:45-də başlayacaq. Baş hakim rumıniyalı İştvan Kovačdır.

Qeyd edək ki, Buxarestdə keçirilən ilk görüş "Hapoel"in 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Nə "Sabah", nə də "Hapoel" daha əvvəl Çempionlar Liqasının əsas mərhələsində çıxış etməyib. Buna görə də, bu qarşıdurmanın qalibi tarixində ilk dəfə turnirin bu mərhələsinə vəsiqə qazanacaq, məğlub olan tərəf isə mübarizəni Avropa Liqasının əsas mərhələsində davam etdirəcək.

Almaz Həsənli