Şimali İrlandiya FIFA prezidentinə dəstəyini geri çəkdi
Şimali İrlandiya Futbol Assosiasiyası artıq Canni İnfantinonun FIFA prezidenti kimi hərəkətlərini dəstəkləməyəcək. Oxuməni.az xəbər verir ki, bu barədə Şimali İrlandiya Futbol Assosiasiyası rəsmi açıqlamasında deyilir.
Şimali İrlandiya FİFA-nın hazırkı prezidentinə dəstəyinin azaldığı ölkələrdən birinə çevrilib. İrlandiya, bir sıra digər Avropa futbol federasiyaları kimi, İnfantinonun aktivlərinin bir hissəsini özəl investorlara satmaq niyyətini pisləyib və belə hərəkətlərin əvvəlcə aşkar görünməyən dərin bir böhrana işarə etdiyinə inanıb.
Şimali İrlandiya Futbol Assosiasiyası dəstəyini geri götürdüyü barədə verdiyi açıqlamada aşağıdakıları bildirib:
"Şimali İrlandiya Futbol Assosiasiyası (İFA) FIFA prezidenti Canni İnfantinoya dəstəyini geri götürür.
İlk məsləhətləşmələr aparılmadan FIFA-nın aktivlərinin bir hissəsini özəl kapital şirkətinə satmaq təklifi, sadəcə düzgün ünsiyyətin qurulmamasından daha böyük təhlükə yaradır.
Bizim fikrimizcə, belə bir niyyət inkişafın fundamental prinsiplərini, idarəetmə strategiyalarını və aktivlərimizi idarə etmə tərzimizi təhlükə altına qoyur.
Hesab edirik ki, qəti dəyişiklik üçün vaxt gəlib çatıb."
Əziz Mustafa

























.jpg-3.jpg)
.jpg-2.jpg)
.jpg-1.jpg)































































