UEFA Konfrans Liqası: "Qarabağ" pley-off mərhələsinin cavab oyununda "Tvente"ni qəbul edəcək

UEFA Konfrans Liqası: "Qarabağ" pley-off mərhələsinin cavab oyununda "Tvente"ni qəbul edəcək

10:39
Bəyəndim (1) Bəyənmədim (0)

Bu gün Azərbaycanın "Qarabağ" klubu futbol üzrə UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununa çıxacaq.

Oxuməni.az-ın məlumatına görə, Qurban Qurbanovun yetirmələri evdə Niderlandın "Tvente" komandası ilə qarşılaşacaq.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq.

Matçı FİFA referisi, norveçli Rohit Saqqi idarə edəcək.

Qeyd edək ki, komandalar arasında Niderlandda keçirilən ilk oyun "Qarabağ"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Cütün qalibi Konfrans Liqasının əsas mərhələsinə vəsiqə qazanacaq. Püşkatma avqustun 28-də keçiriləcək, məğlub olan tərəf isə avrokubok mövsümünü başa vuracaq.

Almaz Həsənli