Azərbaycanlı MMA döyüşçüsü Asəf Çopurov Rusiyanı təmsil edəcək

Azərbaycanlı MMA döyüşçüsü Asəf Çopurov Rusiyanı təmsil edəcək

13:32
Bəyəndim (1) Bəyənmədim (0)

MMA döyüşçüsü Asəf Çopurov idman vətəndaşlığını dəyişmək qərarına gəldiyini açıqlayıb. Bundan əvvəl Azərbaycanı təmsil edən idmançı artıq Rusiya bayrağı altında çıxış edəcək. Oxuməni. az-ın məlumatına görə, bu barədə döyüşçü sosial şəbəkələrdə bildirib.

"Mən Volqoqradda doğulmuşam və təbii ki, orada böyümüşəm. Buna görə də mənə inkişaf üçün bütün imkanları yaradan ölkəni təmsil etmək qərarına gəldim. Rusiyaya mənə verdiyi hər şeyə görə minnətdaram", - deyə döyüşçü sosial şəbəkələrdə yazıb.

Çopurov həmçinin karyerası boyu ona dəstək olan həmvətənlərinə Azərbaycan dilində təşəkkür edib.

"Məni kədərləndirən məqamlar olub, amma şikayətlənməyi sevmirəm. Mənə dəstək olan vətənimin insanlarına təşəkkür etmək istəyirəm", - deyə döyüşçü qeyd edib.

Əslən Gürcüstanın Dmanisi rayonundan olan Asəf Eyvaz oğlu Çopurov 17 noyabr 2001-ci ildə Volqoqradda anadan olub. O, altı yaşından döyüş sənətləri ilə məşğul olmağa başlayıb: əvvəlcə yunan-roma güləşi, sonra kudo və sərbəst güləş, daha sonra isə MMA-ya keçib.

Peşəkar karyerasına 2023-cü ildə başlayıb. "Open FC", "RCC", "New Generation Fighting" liqalarında çıxış edib, 2024-cü ildən isə "UAE Warriors"da döyüşür. O, 2025-ci ilin oktyabrında yüngül çəkidə çempionluq titulunu qazanıb. Döyüşçünün ləqəbi "Honey Badger"dir ("Bal porsuğu").

Peşəkar MMA-da məğlubedilməz olaraq qalır; keçirdiyi 11 döyüşün hamısında qələbə qazanıb.

Almaz Həsənli