Braziliyalı qaçışçı Alison dos Santos 400 metr məsafəyə maneələrlə qaçışda dünya rekordunu yeniləyib
Dünya çempionu, braziliyalı Alison dos Santos 400 metr məsafəyə maneələrlə qaçışda dünya rekordçusu olub.
Oxuməni.az xəbər verir ki, Dos Santos Sürixdə (İsveçrə) keçirilən "Brilyant Liqa" mərhələsində məsafəni 45,80 saniyəyə qət edərək dünya rekorduna imza atıb. Braziliyalı idmançı norveçli Karsten Varholm tərəfindən 2021-ci ildə müəyyən edilmiş əvvəlki dünya rekordunu 0,14 saniyə yaxşılaşdırıb.
Varholm cümə axşamı günü 46,69 saniyəlik nəticə ilə ikinci yeri tutub, nigeriyalı Ezekiel Nathaniel (47,50) isə ilk üçlüyü tamamlayıb.
26 yaşlı Dos Santos ikiqat Olimpiya oyunlarının bürünc mükafatçısı, 2022-ci il dünya çempionu və 2025-ci il dünya çempionatının gümüş mükafatçısıdır.
Almaz Həsənli
Digər xəbərlər






















































































