"Arsenal"  Qabriel Martinellini ərəblərə rekord qiymətə satmağa hazırlaşır

"Arsenal" Qabriel Martinellini ərəblərə rekord qiymətə satmağa hazırlaşır

16:25
Bəyəndim (1) Bəyənmədim (0)


London klubu qanad oyunçusu Qabriel Martinellinin satışı ilə yeni klub transfer rekordu qırmağa yaxındır.
Oxuməni.az xəbər verir ki, bu barədə The Athletic nəşrinin məlumatında bildirilib. The Athletic-ə görə, "Arsenal" tarixin ən bahalı satışını edə bilər.
Komandanın Qabriel Martinelli üçün "Əl-Hilal" ilə müqavilə bağlamağa yaxın olduğu bildirilir. Səudiyyəlilər braziliyalı üçün təxminən 70 milyon avro ödəməyə hazırdırlar. "Arsenal" buna razı olsa da, "Əl-Hilal" hələlik oyunçunun özü ilə razılığa gələ bilməyib.

Transfer baş tutarsa, bu, "Arsenal" tarixində rekord satış olardı. Əvvəllər ən yüksək transfer qiyməti Aleks Oksleyd-Çemberleinin "Liverpul"a 38 milyon avroya satışı idi.

Məlum olduğu kimi, Martinelli ötən mövsüm 53 oyunda iştirak edib, 11 qol vurub və yeddi məhsuldar ötürmə edib.

Əziz MUSTAFA