Rusiya Dövlət Dumasında Plyuşenkodan oğlunun Azərbaycan yığmasına keçidini izah etməsi tələb olunub
Rusiya Dövlət Dumasının Bədən Tərbiyəsi və İdman Komitəsi sədrinin birinci müavini Dmitri Svişev fiqurlu konkisürmə üzrə ikiqat Olimpiya çempionu Yevgeni Plyuşenkonu oğlu Aleksandrın Azərbaycan yığmasına keçidini izah etməyə çağırıb. Oxuməni. az xəbər verir ki, bu barədə “Sport24” məlumat yayıb.
Onun sözlərinə görə, kiçik Plyuşenkonun idman vətəndaşlığını dəyişməsi, demək olar ki, hamı tərəfindən mənfi qarşılanıb, çünki bu addımın səbəbləri açıqlanmayıb. «Qoy Plyuşenko bunu etməyə onu vadar edən səbəbi açıqlasın. Əgər desə ki, irəliləmək və milli komandaya düşmək mümkün deyil — bu, bir vəziyyətdir. Əgər Yana Rudkovskayanın dediyi kimi, "bu" ölkə üçün çıxış etmək istəmədiyini söyləsə — bu, tamam başqa vəziyyətdir», — deyə Svişev bildirib.
O əlavə edib ki, rusiyalı idmançıların digər ölkələrin yığmalarında çıxış etməsini dəstəkləmir. «Üstəlik, hazırda fiqurlu konkisürməyə icazə verilib. Buna görə də bu qərar ikiqat təəccüblüdür», — deyə Svişev qeyd edib.
Mayın 21-də Plyuşenko və Rudkovskayanın oğlu Aleksandrın idman vətəndaşlığını dəyişdiyi və Azərbaycan yığmasının heyətində çıxış edəcəyi məlum olub.
Almaz Həsənli




























































































