UEFA Çempionlar Liqasının sürpriz komandası olan "Sabah" səfər oyununda "Mançester Yunayted"ə məğlub olub-Video
UEFA Çempionlar Liqasının sürpriz komandası olan "Sabah" bu çərçivədə keçirdiyi ilk oyunda Mançesterdəki məşhur "Old Trafford" stadionunda dünyanın ən güclü komandalarından biri hesab edilən "Mançester Yunayted"lə üz-üzə gəlib. Bu, Azəbaycan və İngiltərə futbolu tarixində "Sabah" la "Mançester Yunayted" arasında keçirilən ilk görüş idi. Qüvvələr arasında önəmli fərqə baxmayaraq iİlk dəqiqələrdən meydanda gərgin mübarizə gedib. "Sabah" meydanda "Mançester Yunayted"ə ləyaqətlə müqavimət göstərdi. Komandamız meydan sahiblərinin aramsız hücumarının qarşısını inamla ala və əks-hücumlar təşkil edərək ilk 27 dəqiqədə rəqibinə bəzi məqamlarda çətin anlar yaşada bildi. Buna baxmayaraq oyunun 27-ci dəqiqəsində meydan sahibləri "Sabah"ın qapısına yol tapa bildilər. Oyunun 27-ci dəqiqəsində "Mançester Yunayted"in yarımmüdafiəçi Mateus Kunya əlverişli vəziyyətdən istifadə edərək sərrast zərbə ilə hesabl açdı: 1-0.
Buraxılmış qoldan sonra komandamız özünəməxsus şəkildə demək olar ki, rəqiblə baş-başa oyununu davam etdirdi. Bununla belə birinci hissənin bitməsinə dəqiqələr qalmış meydan sahibləri müdafiəçilərimizin səhvindən istifadə edə bildilər. Oyunun 43-cü dəqiqəsində Bruno Fernandes ikinci topu komandamızın qapısından keçirərək "Mançester Yunayted"i 2-0 hesabı ilə irəli çıxardı. Bundan cəmi 2 dəqiqə sonra yenə müdafiəmizdəki çaşqınlıqdan istifadə edən İngiltərə millisinin hücumçusu Benjamin Şeşko 45-ci dəqiqədə daha bir qol vuraraq hesabı 3-0-a çatdırdı.
İkinci hissədə meydanda oyun daha sakit tərzdə getdi. Buraxılmış qollara baxmayaraq "Sabah" "Mançester Yunayted"in qapısına yol tapmağa çalışır və bu zaman əks-hücumlara üstünlük verirdi. Belə hücumlardan birində "Sabah" qol vurmağa yaxın oldu. 55-cı dəqiqədə "Sabah"ın əks-hücumu az qala qolla nəticələnəcəkdi. Rahmonəliyevin uzaq məsafədən vurduğu güclü zərbəni qapıçı Martinez dəf edə bildi. "Sabah"ın daha bir hücumu da az qala hesab arasındakı fərqin azalmasına səbəb ola biləcəkdi. Lakin Mikels əlverişli vəziyyətdən hesab arasındakı fərqi azaltmaq üçün istifadə edə bilmədi. "Sabah"ın təhlükəli hücumlarının qarşısını almaq üçün "qırmızı şeytan"ların baş məqçisi Maykl Kerrik meydana yeni oyunçular buraxmağa məcbur oldu. Kerrik Maino və Şeşkonu Zirkzee və Santosla əvəzlədi. Bu da tezliklə öz nəticəsini verdi. Oyunun 68-ci dəqiqəsində Zirkzeenin cərimə zərbəsini Pokatilov çətinliklə dəf edə bilsə də, topa özünü yetirən Martines 4-cü topu qapımızdan keçirdi 4-0.
"Sabah" oyunun son dəqiqələrində hesab arasındakı fərqi azalda bilərdi. Oyunun bitməsinə bir neçə dəqiqə qalmış Mikels hər kəsə özünün varlığını yenidən xatırlatdı və onun zərbəsi qapıdan azacıq aralı keçdi. Bundan bir neçə dəqiqə sonra Xaybulayev qapıya təhlükəli zərbə endirdi, ancaq qapıdan aralı keçdi. Əlavə vaxtda Mbina Mikelsə əla ötürmə etdi. Amma Mikels 100 faizlik qol imkanından istifadə edə bilmədi. Onun güclü zərbəsi qapının yanından keçdi. Mbinanında son dəqiqədə endirdiyi zərbədə azaçıq dəqiqlik çatmadı. Top qapının üst dirəyinə sürtünərək meydanı tərk elədi.. Beləliklə "Sabah" "Mançester Yunayted"lə ilk oyununda meydandan 0-4 hesabı ilə məğlub ayrıldı. Bununla belə komandamız güclü rəqibə layiqli müqavimət göstərə bildi.
Oyundan sonra keçirilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Maykl Kerrik " də "Sabah"ın oyununu tərifləyib. O deyib: "“Sabah”ı təbrik edirəm. Bu komandaya qarşı oynamaq çox çətindir. Onlar qısa ötürmələrlə kombinasiyalar qurur və topu geri qazanmaq üçün sizi çox işləməyə məcbur edirlər. Nəticə rahat görünür, amma oyun belə keçmədi".
“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas da məğlubiyyətə baxmayaraq görüşdən sonra keçirilən mətbuat konfransında komandasının turnirdə debüt etməsinə görə qürur duyduğunu söyləyib:
“Əlbəttə ki, məşqçi olmağımla fəxr edirəm. Bu, bizim Çempionlar Liqasında debütümüzdür. Bəlkə də daxilən bir az daha artığını gözləyirdik. Ona görə də qollar buraxmağmız məyusluq yaratdı. Xüsusilə də ilk hissənin sonunda vurulan həmin iki qol... Bu oyundan dərslər çıxaracağıq".
Çempionlar Liqası çərçivəində keçiriləcək növbəti oyunda 13 oktyabrda "Sabah" Bakıda Çexiya "Slaviya Praqa"sını qəbul edəcək.
Əziz MUSTAFA



























































































