Aleksandr Plyuşenko Azərbaycan yığmasında debüt edib

Aleksandr Plyuşenko Azərbaycan yığmasında debüt edib

10:48
Bəyəndim (1) Bəyənmədim (0)

İkiqat Olimpiya çempionu Yevgeni Plyuşenkonun oğlu Aleksandr Plyuşenko Türkiyənin Ankara şəhərində keçirilən yeniyetmələr arasında Qran-pri mərhələsində ilk dəfə Azərbaycanı təmsil edib. Oxuməni. az xəbər verir ki, bu barədə Beynəlxalq Konkisürənlər İttifaqının (ISU) saytında dərc olunan yarış protokollarında məlumat verilib.

On üç yaşlı fiqurlu konkisürən qısa proqramda 57,12 xal toplayıb. İdmançı çıxışı zamanı üçqat tuluplu və üçqat luts tullanışlarını təmiz yerinə yetirsə də, ikiqat akseldə səhvə yol verib.

Hazırda gənc fiqurlu konkisürən turnir cədvəlində 16-cı pillədə qərarlaşıb. Yarışın lideri olan yaponiyalı Daiya Ebihara Aleksandr Plyuşenkonu 15,34 xal qabaqlayır.

May ayında rusiyalı idmançı beş il müddətinə Azərbaycanın idman vətəndaşlığını alıb. Rusiya Fiqurlu Konkisürmə Federasiyası (FFKKR) Plyuşenko-kiçiyin keçidinə razılıq verib. Buna qədər "Anqelı Plyuşenko" akademiyasının yetirməsi olan idmançı yeniyetmələrin turnirlərində birinci dərəcə üzrə çıxış edib və atasının buz şoularında iştirak edib.

Almaz Həsənli