İsrail səfirini təhqir edən şəxs həbs edilib
Özbəkistan sakini sosial şəbəkədə İsrail səfirini təhqir etdiyinə görə 10 sutka həbs edilib.
Qeyd olunur ki, 36 yaşlı paytaxt sakini Telegram kanalında şərh dərc etdikdən sonra məhkəməyə çağırılıb. Eyni zamanda məhkəmə binasının qarşısında təqsirləndirilən şəxs daxili işlər orqanları əməkdaşlarının tələblərini yerinə yetirməkdən imtina edib.
O, xırda xuliqanlıq və asayiş keşikçisinin qanuni tələblərinə tabe olmamaq maddələri ilə təqsirli bilinərək, ona 10 sutka həbs cəzası verilib.
Bundan əvvəl məlum olmuşdu ki, Özbəkistanın Yunusabad Rayon Məhkəməsi kriminal dairələrdə Baxti Daşkentski və Baxti Yangiabadski kimi tanınan 52 yaşlı Bəxtiyor Kudratullayevi 20 il müddətinə azadlıqdan məhrum edib.
Özbəkistanın yeganə qanuni oğru 44 maddə üzrə, o cümlədən cinayətkar birlik təşkil etmə, hədə-qorxu ilə tələb etmə, qəsdən sağlamlığa ağır zərər vurma və narkotik maddələr saxlamaqda təqsirli bilinib.
Oxuməni.az