Pakistan Fransaya etiraz notası verib
Pakistan Fransa Prezidenti Emmanuel Makronun İslam əleyhinə açıqlamaları ilə əlaqədar etiraz notası verib.
Oxuməni.az-ın məlumatına görə, nota Fransanın İslamabaddakı səfirinə təqdim edilib. Pakistanın Xarici işlər naziri Şah Mahmud Qureyşi BMT-ni Parisin əməllərinə diqqət ayırmağa çağırıb. Nazir bildirib ki, E.Makron məsuliyyətsiz açıqlamaları ilə radikalizm və dinlərarası ədavəti körükləyir:
“Heç kimin milyonlarla müsəlmanın hissləri ilə oynamaq hüququ yoxdur”.
Oxuməni.az
Digər xəbərlər