Azərbaycanın valyuta ehtiyatları 40 milyard ABŞ dollarına çatdı
Mərkəzi Bankın yanvar-sentyabr ayları üzrə Pul siyasəti İcmalında deyilir ki, Azərbaycanın strateji valyuta ehtiyatları 2011-ci ilin yanvar-sentyabr aylarında 33% artaraq 39,7 milyard ABŞ dolları həddini ötüb ki, bu da təqribən 3 illik mal və xidmətlərin idxalına kifayət edir. İcmala əsasən, Mərkəzi Bankın valyuta ehtiyatları hesabat dövründə 8,4% artaraq 7 milyard dollara çatıb ki, bu da 6 aylıq mal və xidmət idxalına bərabərdir.
Hazırda strateji valyuta ehtiyatlarının ÜDM-ə nisbəti 65%-ə yaxındır ki, bu da 2010-cu ilin sonuna olan göstəricidən 7 faiz bəndi çoxdur. Ümumilikdə, strateji valyuta ehtiyatlarının yüksək templə artımı ölkə iqtisadiyyatının mümkün xarici böhran təsirlərinə qarşı həssaslığını əhəmiyyətli şəkildə azaldan amildir.
İqtisadi uğurlar siyasi uğurlara mütənasibdir...
Hafiz Əhmədov
O.M.