Çingiz Mustafayev: "Oğlanlar düzgün hərəkət etmədilər"
Xalq artisti Aygün Kazımovanın qızı İlqarənin başına gələnlərdən təsirlənənlər arasında "Yeni Ulduz" müsabiqəsinin qaliblərindən olmuş Çingiz Mustafayevin də adını çəkmək olar. Həmkarı Zamiqlə yeni duet üzərində işləyən gitaraçı-müğənni "Eurovision-2011" müsabiqəsində rəqibi olmuş İlqarənin internet görüntüləri haqda bunları dedi:
- İlqarənin xətrini çox istəyirəm. Həmin oğlanlar düzgün hərəkət etmədilər. Heç kimin ixtiyarı yoxdur ki, kiminsə şəxsi işinə qarışsın. Üzr istəmək ən yaxşı barışıq yoludur.
Çingiz bu sözləri deməklə bir daha pərəstişkarlarına mesaj vermiş oldu: "Mən qalmaqallardan uzağam!"
Könül Aypara
O.M.
Digər xəbərlər